"Ən yaxşı təqdimat" müsabiqəsinin region mərhələsi başa çatıb
"Ən yaxşı təqdimat" müsabiqəsinin region mərhələsi başa çatdı
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin region mərhələsi yekunlaşıb.
AzTehsil.com xəbər verir ki, Müsabiqədə münsiflər heyəti iştirakçıların təqdimatlarını dinləyərək, müəyyən olunmuş meyarlar əsasında qiymətləndirib. Qiymətləndirmə prosesində Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Ramin Abasov, Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev, Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun müdiri Sənan Xəlilov və Tədrisin keyfiyyəti sektorunun əməkdaşları iştirak ediblər.
Final mərhələsinə vəsiqə qazanan şagirdlər:
Hüseynli Fidan – Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəb
Firəngiz – Masazır kənd 3 nömrəli tam orta məktəb
Tağıyeva Aişə – Sumqayıt şəhər 27 saylı tam orta məktəb
Quliyev Məhəmməd – Sumqayıt şəhər 2 saylı tam orta məktəb
İsmayılova Rüqayyə – Giləzi qəsəbə M.Müşfiq adına tam orta məktəb
Finalçılarımıza uğurlar arzulayırıq!