Sumqayıt şagirdləri Qubada "Kitablarla Ünsiyyət" klubunun qonağı olublar
Sumqayıt şağirdləri Qubada "Kitablarla Ünsiyyət" klubunun qonağı olubar
AzTehsil.com xəbər verir ki, Sumqayıt şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin VIII sinif şağirdləri Quba rayonunun Alekseyevka kəndindəki Rəhman Məmmədov adına tam orta məktəbdə baş tutan "Kitablarla Ünsiyyət" klubunun görüşünə qatılıbar.
Tədbirdə Quba şəhəri 7 nömrəli tam orta məktəbi, Quba rayonunun I Nügədi kəndindəki Zəki Kərimov adına 1 nömrəli tam orta məktəbi, eləcə də ev sahibliyi edən Alekseyevka kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.
Görüş dövlət himnimizin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra görkəmli şairimiz Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması ətraflı müzakirə olunub. Əsərdəki xalq ruhu, üs lubu, süjeti və oxucuya ötürdüyü emosiyalar geniş şəkildə təhlil edilib.
Novruz bayramı ərəfəsində keçirilən bu görüşdə şagirdlər Novruz adətlərini canlandırıblar. Kosa, Keçəl və Bahar qızının iştirak etdiyi maraqlı səhnələr nəzərə çarpıb. Şagirdlər yumurta döyüşdürüblər, "Fincan-fincan" oyunu oynadılar, haxışta söylədilər və "Yallı" rəqsini ifa ediblər.
Tədbirin sonunda şagirdlərə iştiraklarına görə sertifikatlar təqdim edilib. Görüş haqda təəssüratlarını klubun rəy dəftərinə yazan şağirdlər eyni zamanda bir-birilərinə simvolik hədiyyələr veriblər. Bu maraqlı və yaddaqalan gün həm şahirdlər, həm də tələbələr üçün unudulmaz olub.