AzTehsil.com

Cəmiyyət / Şagird / Xəbərlər / Valideyn / Müəllim
01 mart 2025
440

“Ümumtəhsil məktəblərinin stabillik rejimindən inkişaf rejiminə keçidi - MÜZAKİRƏ

Bakıda ümumtəhsil məktəblərinin inkişafında qarşıya çıxan problemlər müzakirə olunub.

“Ümumtəhsil məktəblərinin stabillik rejimindən inkişaf rejiminə keçidi: yanaşmalar, problemlər” mövzusunda VI panel müzakirə keçirilib.

AzTehsil.com AZƏRTAC - a istinadən xəbər verir ki, paytaxtdakı 276 nömrəli tam orta məktəbdə keçirilən görüş Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyası, ABŞ-ın Corc Vaşinqton Universiteti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, deputat Mehriban Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti Əməkdar müəllim Asif Cahangirov, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı professor Maykl Foyer, Avropa Azərbaycan Məktəbinin direktoru, Qafqaz və Orta Asiya üzrə Beynəlxalq Bakalavriat məktəbləri Assosiasiyasının sədri Françesko Bankini, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin proqram direktoru Sevinc Məmmədova və məktəb direktorları iştirak ediblər.Elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən E.Əliyev çıxışında ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək məqsədilə qarşıya qoyulan hədəflərdən və təhsil müəssisələrində tədrisin effektiv idarə olunmasından və beynəlxalq qiymətləndirmə tədqiqatlarından danışıb.

BŞTİ-nin müdir müavini Anar Qədiməliyev müasir təhsil sisteminin qurulması istiqamətində görülən işlərin, həmçinin təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda ümumtəhsil məktəblərinin inkişafında qarşıya çıxan problemlər müzakirə olunub

28.02.2025 [18:18]

A+ A-

Bakı, 28 fevral, AZƏRTAC

“Ümumtəhsil məktəblərinin stabillik rejimindən inkişaf rejiminə keçidi: yanaşmalar, problemlər” mövzusunda VI panel müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, paytaxtdakı 276 nömrəli tam orta məktəbdə keçirilən görüş Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyası, ABŞ-ın Corc Vaşinqton Universiteti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, deputat Mehriban Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti Əməkdar müəllim Asif Cahangirov, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı professor Maykl Foyer, Avropa Azərbaycan Məktəbinin direktoru, Qafqaz və Orta Asiya üzrə Beynəlxalq Bakalavriat məktəbləri Assosiasiyasının sədri Françesko Bankini, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin proqram direktoru Sevinc Məmmədova və məktəb direktorları iştirak ediblər.

Elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən E.Əliyev çıxışında ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək məqsədilə qarşıya qoyulan hədəflərdən və təhsil müəssisələrində tədrisin effektiv idarə olunmasından və beynəlxalq qiymətləndirmə tədqiqatlarından danışıb.

BŞTİ-nin müdir müavini Anar Qədiməliyev müasir təhsil sisteminin qurulması istiqamətində görülən işlərin, həmçinin təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıb.

Deputat M.Vəliyeva, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti A.Cahangirov, Avropa Azərbaycan Məktəbinin direktoru F.Bankini və digər çıxış edənlər təhsilin inkişafı istiqamətində atılan addımlardan, qabaqcıl ölkələrin təhsil təcrübələrindən, ümumi təhsil sahəsində tətbiq olunan yeniliklərdən, məktəblərin stabil inkişafından və təhsil sahəsində beynəlxalq əlaqələrin daha da genişləndirilməsindən söhbət açıblar.

Görüşdə “Niyə stabillik rejimi deyil, məhz inkişaf rejimi?”, “İnkişaf rejimində fəaliyyətin üstün cəhətləri”, “Ölkənin ümumtəhsil məktəblərində inkişaf rejiminin tətbiqi təcrübəsi”, “İnkişaf rejiminin kütləvi tətbiqi üçün zəruri alətlər: məktəb fəaliyyətinin qiymətləndirilməsi üzrə meyarlar, monitorinq sistemi, mənəvi və maddi stimullaşdırma” mövzuları ətrafında panel müzakirələr aparılıb.

Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi

“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

Ruhumuzu titrədən mahnıların müəllifi -  Cahangir Cahangirov

Ruhumuzu titrədən mahnıların müəllifi - Cahangir Cahangirov

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

60 illik alim və müəllim ömrü

60 illik alim və müəllim ömrü

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?