Abituriyentlərin - NƏZƏRİNƏ
AzTehsil.com "Azərbaycan müəllimi"ə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbul müddəti uzadılıb.
Ərizə qəbulu bu gün saat 13.00-da başa çatacaq. Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər.
Qeyd edək ki, ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlərin üçün sənəd qəbulu dünən saat 17:00-da başa çatmalı idi.
Dövlət İmtahan Mərkəzi