ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

 Sentyabr ayının 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kiçik akt zalında Tələbə Gənclər Təşkilatının (TGT) İdarə Heyətinin 2016-2017-ci tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib. Iclasda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev iştirak ediblər. 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov iclasda çıxış edərək tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzulayıb. Rektor qeyd edib ki, gənclik, xüsusən də, tələbəlik illəri insan həyatının ən gözəl, ən qiymətli dövrüdür. Gənclik enerjidir, inamdır, ümiddir, gələcəyə doğru atılan perspektivli addımların başlanğıcıdır. Məhz bu dövrdə insan öz bilik və bacarıqlarını formalaşdırır. Sonradan bu bilik və bacarıqlar zamanın tələblərinə uyğun olaraq yenilənir, təkmilləşir. Bu da təbiidir, çünki hər bir insan daim elmi potensialını artırmalı, genişləndirməlidir. Bu həm də insanın rəqabət və mübarizə mühitinə uyğunlaşmasında həlledici rol oynayır. Siz ali təhsil illərində həm yaxşı təhsil almalı, həm də ictimai təşkilatların işində fəal iştirak etməlisiniz. Eyni zamanda asudə vaxtınızın mənalı və səmərəli təşkilinə xüsusi diqqət yetirməlisiniz. İctimai təşkilatların işində fəal iştirak etməyiniz sizin idarəçilik qabiliyyətinizin formalaşmasına müsbət təsir göstərəcəkdir. Hazırda ADPU-da geniş islahatlar həyata keçirilir. Universitetdə təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi, sağlam təhsil mühitinin yaradılması, idarəetmənin optimallaşdırılması üçün məqsədyönlü fəaliyyət gerçəkləşdirilir. Xüsusi qeyd etmək istəyirəm ki, ADPU-nun yeni imicinin, işgüzar nüfuzunun formalaşdırılması bizim ən vacib vəzifələrimizdən biridir. Siz fəalliyyətinizi genişləndirməli, yenilikçi və geniş düşüncəli olmalı, mütərəqqi təşəbbüslərlə çıxış etməlisiniz. Siz eyni zamanada tədris və imtahan prosesinin səmərəli, şəffaf və obyektiv təşkil edilməsində universitet rəhbərliyinə kömək etməlisiniz. Hazırda ölkəmizdə müəllim hazırlığına xüsusi diqqət yetirilir. Müasir düşüncə baxımından təhsil də xidmət sahəsidir və bu sahənin optimallaşdırılması vacibdir. ADPU bizim ümumi evimizdir. Biz ADPU-nu müasir tələblərə cavab verən bir ali təhsil müəssisəsinə çevirməliyik. Onu da qeyd etmək istəyirəm ki, hərtərəfli bilik və bacarığa malik yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması həm də ölkəmizin milli təhlükəsizliyi üçün çox vacibdir. 

ADPU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev çıxış edərək bildirib ki, TGT universitetdə həyata keçirilən islahatların aparılmasına dəstək verməli, fəal və nizam-intizamlı olmalı, öz tərkibini genişləndirməli, universitetin əmlakının qorunmasında yaxından iştirak etməlidir. Prorektor Fikrət Rzayev eyni zamanda tələbələrə daha təşəbbüskar olmağı, universitetin və eləcə də ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etməyi, cəmiyyətimizin inkişafına xidmət edən layihələri həyata keçirməyi tövsiyə edib. 

TGT-nin sədri Cavid Hüseynov iclasda təşkilatın struktur dəyişiklikləri haqqında məlumat verib. İclasda TGT-nin İdarə Heyətinin yeni üzvləri seçilib, universitetə yeni qəbul olunmuş tələbələrlə işin aparılması və cari məsələlər müzakirə olunub, yeni tədris ili üçün fəaliyyət strategiyası müəyyən edilib. 

Rektor Cəfər Cəfərov iclasda tələbə-gənclərin suallarını cavablandırıb.


ADPU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsi

 

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

 

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

 

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib




Aztest.info





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Onlar hamımız üçün layiqli nümunədir

Onlar hamımız üçün layiqli nümunədir

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

DİQQƏT !!! Region məktəbləri üçün

DİQQƏT !!! Region məktəbləri üçün "Direktorların hazırlığı kursları -2016" layihəsi başlayır.

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Təhsil Naziri tədris ilinin uzadılması ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Naziri tədris ilinin uzadılması ilə bağlı narazılıqlara münasibət bildirib

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

Təhsilin məzmunu

Təhsilin məzmunu

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Məktəblilər üçün yeni dərs vəsaiti  -

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?