Xəbərlər, MÜƏLLİM
08 fevral 2018
1634

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Elşən Qafarov deyir ki, Təhsil Nazirliyi nəinki attestasiyanı, hətta müəllimlərin və direktorların işə qəbulu müsabiqəsini də şəffaf keçirmək iqtidarında deyil

Son illər ölkənin təhsil sistemində yanlış kadr siyasəti, korrupsiya halları və digər problemlər özünü daha qabarıq göstərir. İstər orta təhsil, istərsə də ali təhsil sahəsində bəzən ciddi narazılıqlar da yaranır.

Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru, və Aztehsil.com saytının baş redaktoru  təhsil üzrə ekspert Elşən Qafarov "Reytinq”ə müsahibəsində təhsil sahəsindəki ciddi problemlərə toxunub:

- Təhsilimizin ümumtəhsil pilləsinin durumunun - məktəbəqədər təhsil pilləsini çıxmaq şərti ilə - bərbad vəziyyətdə olduğunu indi ölkədə qəbul etməyən çox az adam ola bilər. İlk olaraq qeyd edim ki, əksər məktəblərimizdə təhsil mühiti yoxdur. Bu, təhsilimizin timsalında millətimizin, gələcəyimizin faciəsidir,- desək yanılmarıq.

Təhsil müəssisəsində təhsil mühitinin olmaması fikrini əlavə izah etməyə ehtiyac yoxdur. Bunun bütün günahlarını təhsil müəssisələrində və ya Təhsil Nazirliyində axtarmaq düzgün olmazdı. Təhsil müəssisələrində təhsil mühitinin aradan qalxmasının bir çox səbəbləri var, hər bir səbəb özlüyündə bir müzakirə mövzusudur.

- Qeyd etdiyiniz səbəblərin bir neçəsini sadalaya bilərsiniz? 

- Birincisi, ümumtəhsil müəssisələrində işləyən 150 min müəllimin əksəriyyətinin qeyri-peşəkar olması. Bu səbəbdən illərdir, hamı müəllimləri günahlandırır. Əslində, ölkədə olan ali məktəblərin böyük əksəriyyətinin pedaqoji sahədə kadr hazırlaması, pedaqoji sahədə olan filiallar və orta ixtisaslı təhsil müəssisələrində hazırlanan kadrların, eləcə də o kadrları hazırlayanların özlərinin qeyri-peşəkar və ya müasir tələblərə cavab verməyən metodologiyaya malik olması və s. 

Bu siyahını uzatmaq da olar. Eyni zamanda, əlavə təhsil sahəsinin formal xarakter daşıması, əmək haqqının aşağı olması və digər səbəbləri də əlavə etmək mümkündür.

İkincisi, təhsili idarə edən yerli, regional və mərkəzi idarəetmə orqanları əməkdaşlarının, təhsil idarəedicilərinin səriştəsizliyi, qeyri-peşəkarlığı, səlahiyyətlərindən sui-istifadə hallarının geniş yayılması, şəxsi fikir və ambissiyaların qanunvericiliyin tələblərindən üstün olması, idarəetmədə sistemsizliyin və pərakəndəliyin hökm sürməsi, rayon icra hakimiyyətlərinin bir çox hallarda kəskin müdaxiləsi... 

"Müstəqil Testalogiya Mərkəzi yaradılmalıdır”

Təbii ki, bu fikirlərimi tam olaraq hamıya aid etmək olmaz. İstər məktəb direktorları, direktor müavinləri, istərsə də rayon təhsil şöbələrinin əməkdaşları arasında öz işini və təhsili kifayət qədər yaxşı bilən, ömrünü bu sahəyə xidmətə həsr edən kadrlarımız həmişə olub, indi də var. Çox təəssüf ki, son illərdə peşəkar təhsil idarəediciləri kütləvi şəkildə təhsildən uzaqlaşdırıldı və guya testdə yüksək bal toplayanlar məktəblərdə rəhbər vəzifələrə təyin olundular. Sonra məlum oldu ki, onlar heç yüksək bal da toplamayıblar.

- Bir məqama da diqqətinizi çəkmək istərdim. Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə 20 ildən artıqdır ki, soyuq müharibə vəziyyətindədir. Sizcə, bü mübarizə nəyi göstərir?

- Bu, çox ciddi amildir və mən məqalələrimin birində bu məsələyə ətraflı toxunmuşdum. Bu gün ümumtəhsil məktəblərində tam orta təhsil səviyyəsi sırf bu səbəbdən iflic vəziyyətdədir. Belə ki, hər bir şagirdin (eləcə də onların valideyinlərinin) arzusu ali məktəbə daxil olmaqdır. Təsəvvür edin, ümumtəhsil məktəblərində şagirdlər dövlət standartlarına uyğun hazırlanmış bir proqram və dərsliklərlə təhsil alır, ali məktəblərə isə başqa bir proqram və dərsliklə hazırlaşmalı olurlar. Repititorluq o səviyyəyə çatıb ki, artıq şagird əlavə hazırlığa getmədən ali təhsil haqqında düşünə bilmir. Ortaya haqlı sual çıxır: əgər əlavə hazırlıqlar varsa, məktəb nə üçündür? 

Məqsəd ali təhsil almaq olduğu üçün təbii ki, əlavə hazırlıqlara daha çox üstünlük verilir. Nəticədə 10-11-ci siniflərdə davamiyyət məsələsində neqativ hallar yaranır. Təklif edirəm ki, bu problemi aradan qaldırmaq üçün müstəqil Testalogiya Mərkəzi yaradılmalı və Dövlət İmtahan Mərkəzi yalnız imtahanları keçirən mərkəz rolunu oynamalıdır.

"Aidiyyəti olmayan şəxslərin kütləvi şəkildə işə cəlb olunması təhsildə xaos yaradıb”

Bundan əlavə, pedaqoji kadrların hazırlanması, müəllimlərin işə qəbulu müsabiqəsi, eləcə də müəllimlərin attestasiyası, pedaqoji kadrların, idarəedicilərin əlavə təhsilə cəlb edilməsi ilə bağlı oturuşmuş real vəziyyəti, yerli mühiti nəzərə alan və mütərəqqi beynəlxalq təcrübədən istifadə olunan mexanizmlər yaradılmalıdır.

Təhsil Nazirliyi və ona tabe olan qurumlarda struktur dəyişilikliyi aparılmalıdır. Ali, orta ixtisas təhsili müəssisələrini, Elmlər Akademiyasını özündə birləşdirən Təhsil Nazirliyi və məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar, ilk peşə təhsili pillələrini birləşdirərək Maarif Nazirliyi yaradılmalıdır.

- Sözünüzdən belə çıxır ki, təhsilin idarə edilməsi təhsil işçilərinə tapşırılmalıdır…

- Bəli. Son 5 ildə təhsilə aidiyyəti olmayan şəxslərin kütləvi şəkildə bu sahədə işə cəlb olunması təhsildə xaos yaradıb. Bu ağır zərbələrin mənfi nəticələri, bir sözlə, yaralar sağalmalı, həmin şəxslər təhsildən uzaqlaşdırılmalıdır. Sadaladığımız səbəblər aradan qaldırılmalı, ümumtəhsil məktəblərində təhsil mühiti bərpa olunmalıdır. Yalnız bundan sonra təhsildə hansısa islahatdan, uğurlardan danışmaq olar. 

- Elşən müəllim, ali təhsillə bağlı narahat olduğunuz məqamlar nədir? 

- Dediyim kimi, Təhsil Nazirliyində struktur dəyişikliyi labüddur. Dövlət universiteti məfhumu possovet məkanında qalmaqdadır. Beynəlxalq təcrübədə universitetlər daha çox müstəqil idarə edilir. Ölkəmizdə də bu proses başlayıb, çox ləng də olsa, gedir. Artıq bir neçə universitetə publik hüquqi şəxs status verilib. 

"Bəzi ali təhsil müəssisələrimiz kommersiya müəssisələrini xatırladır”

Ali təhsil pilləsində təhsil alanlar əsasən nəzəri biliklərə sahiblənirlər. Bu da onların kadr kimi formalaşmalarına əngəl yaradır. Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Mühəndislik Universiteti, Lənkəran Dövlət Universiteti kimi ali məktəblərimiz də var ki, burada yaradılmış maddi-texniki baza tələbələrin həm nəzəri, həm də praktik biliklərə malik bir kadr kimi məzun olmaları ilə nəticələnir. Bu, sevindirici haldır. Çox təəssüf ki, bunu pedaqoji sahədə kadr hazırlığı ilə bağlı deyə bilmirik. Bəzi ali təhsil müəssisələrimiz elm, təhsil ocaqlarından daha çox kommersiya müəssisələrini xatırladır ki, bu da üzücüdür. 

"Pedaqoji kadrların hazırlanma hüququ yalnız ADPU-ya məxsus olmalıdır”

Ölkəmizin sosial-iqtisadi inkişafı fonunda ödənişli əsaslarla təhsilin ildən-ilə artması dediklərimə əyani sübutdur. Ərazicə kiçik bir ölkə olan Azərbaycanda hələ də 90-cı illərdən qalma ali məktəb filialları fəaliyyət göstərir.

Fikrimcə, pedaqoji sahədə ali təhsilli kadrların hazırlanma hüququ yalnız ADPU-ya məxsus olmalıdır. Digər ali təhsil müəssisələrinin nəznində kolleclərin və ilk peşə təhsili müəssisələrinin fəaliyyətinə şərait yaradılmalı, dövlət həmin ali təhsil müəssisələrini buna təşviq etməlidir. Eyni zamanda pedaqoji sahədə orta ixtisas müəssisələrinin (kolleclərin) fəaliyyətinə son qoyulmalıdır.

- Ən acınacaqlısı həm də odur ki, bu gün müəllim, təhsil işçisi cəmiyyətdə əvvəlki hörmətlə qarşılanmır. Sanki bu peşə gözdən düşüb. Bunun səbəbini nə ilə əlaqələndirirsiniz?

- Müəllim peşəsi digər peşələrdən fərqlənir. Cəmiyyətin bütün təbəqələrinin təhsil, xüsusiylə ümumtəhsil pilləsi ilə bu və ya digər dərəcədə əlaqəsi var. Müəllimin nüfuzu cəmiyyətin təhsilə olan münasibəti ilə ölçülür. Təhsildə baş verən bütün neqativ halların, problem və çatışmazlıqların səbəblərini, insanların müəllimdə axtarması təhsilimiz və cəmiyyətimiz üçün utancvericidir. 

Müstəqilliyimizin 27-ci ilindəyik. Çox təəssüf ki, hələ də təhsil sistemini qura bilməmişik. Baxmayaraq ki, ölkə prezidenti cənab İlham Əliyevin və özünün ictimai fəaliyyətinin böyük hissəsini təhsilə həsr etmiş Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil infrastrukturunun yenidən, ən müasir tələblərə cavab verən şəkildə qurulması üçün xüsusiylə son 15 ildə göstərdikləri zəhmət və xidmətlər göz önündədir. 

Qeyd edim ki, son 3 ildə diaqnostik qiymətləndirmə adı altında müəllimlərin peşə nüfuzuna böyük zərbə vuruldu. Görünən odur ki, artıq yaşından və sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş ölkənin təhsil sahəsində ciddi islahatlara ehtiyac duyur, müəllim adını, nüfuzunu dəyərləndirə bilən kadrların təyinatının labüdlüyünü dərk edir. 

"2018-ci ildə attestasiyanın keçirilməsi inandırıcı görünmür”

Azərbaycan Respublikasının təhsil sistemi yaranmalıdır. Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixində imzaladığı "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələr təhsil sisteminin yaranması üçün proqram xarakterli hüquqi akt sayıla bilər. Təhsil sistemimizi qura bilsək, təhsilimiz inkişaf edəcək, müəllimin nüfuzu yenə yüksək olacaq.

- Bəs müəllimlərin attestasiyadan keçirilməsi barədə nə deyə bilərsiniz?

- Təhsil işçilərinin attestasiyasını keçirmədən təhsilimizi düşdüyü anlaşılmaz vəziyyətdən qurtarmaq mümkün deyil. 2014-2017-ci illəri əhatə edən diaqnostik qiymətləndirmənin nəticələrindən düzgün istifadə edilməməsi, nəticədə 150 minlik müəllim ordusunun incik salınması onu deməyə əsas verir ki, 2018-ci ildə attestasiyanın keçirilməsi inandırıcı görünmür. Əgər attestasiya keçirilərsə, bu, ən yaxşı halda 2019-cu ildə baş tuta bilər. Baş verənlər təsdiq etdi ki, Təhsil Nazirliyi nəinki attestasiyanı, hətta müəllimlərin və direktorların işə qəbulu müsabiqəsini də şəffaf keçirmək iqtidarında deyil. Bu prosesin Dövlət İmtahan Mərkəzinə tapşırılması daha doğru olardı. 

- Sizcə, hansı format daha uğurlu ola bilər?

- Təhsil sahəsində son illərdə baş verənlər attestasiyanı qaçılmaz edir. Əmək Məcəlləsinin 65-ci maddəsində işçilərin attestasiyasının işəgötürənin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən həyata keçirilməsi tövsiyyə edilirsə, Təhsil Nazirliyinin Əsasnaməsinin 8.36-cı bəndində təhsilverənlərin attestasiyası Təhsil Nazirliyinin vəzifəsi kimi göstərilir. Əmək Məcəlləsinin həmin maddəsinə "təhsil işçiləri istisna olmaqla”,- əlavə edilməlidir. Eyni zamanda 2014-2017-ci illərdə keçirilmiş diaqnostik qiymətləndirmənin nəticələri analiz edilməli, 30 faizdən aşağı bal toplayan müəllimlərin faizi bəlli olmalıdır. 

Attestasiya 2018-ci ilin fevralında elan olunarsa, bunu, 2019-cu ilin mart-iyun aylarında reallaşdırmaq mümkündür.

Attestasiyanı bu istiqamətlər və mərhələlər üzrə keçirmək lazım gələcək: 

Müəllimlərin pedaqoji və psixoloji bilikləri, müəllimlərin yeni təlim texnologiyaları, İKT haqqında bilikləri, müəllimlərin fənn bilikləri, məntiq və dünyagörüş, müəllimlərin yazı vərdişləri, müəllimin pedaqoji fəaliyyətinin təhlili və s. ola bilər. 

Bundan əlavə, müəllimin pedaqoji fəaliyyətinin təhlili məktəbdə və rayon təhsil şöbələri tərəfindən həyat keçirilir. Müəllimin dərs dediyi siniflərdə təhsilalanların attestasiyasının nəticələri, müəllimin dərs dediyi siniflərdə təhsil şöbələri tərəfindən, ildə 2 dəfədən az olmayaraq, seçmə üsulu ilə keçirilən manitorinqlərin nəticələri, məktəb direktorunun yerli həmkarlar komitəsi ilə birlikdə hazırladığı müəllimin pedaqoji xasiyyətnaməsi əsas götürülməlidir. Eyni zamanda, müəllimin Təhsil Nazirliyinin xətti ilə keçirilən müxtəlif yerli və beynəlxalq seminar və təlimlərdə, müsabiqələrdə iştirakı, müəllimin dövri KİV-də təhsil ilə bağlı araşdırma məqalələrinin olması, elmi naliyyətləri, fəxri adları, şagirdlərinin yerli və beynəlxalq olimpiadalarda, müsabiqələrdə iştirakı, naliyyətləri, dərslik və ya metodik vəsait müəllifi olması, İKT naliyyətlərindən praktik istifadə bacarığı əsas götürülməlidir. 

Zaur ƏHMƏD






Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Məktəbdəki müəllimlərin 23,3 faizi ali təhsilsizdir - Təhsil Eksperti VİDEO

Məktəbdəki müəllimlərin 23,3 faizi ali təhsilsizdir - Təhsil Eksperti VİDEO

Sonu bitməyən DİM-TN  mübarizəsi

Sonu bitməyən DİM-TN mübarizəsi

Məktəblərimizdə tədris mühitini bərpa etmək üçün...  ARAŞDIRMA

Məktəblərimizdə tədris mühitini bərpa etmək üçün... ARAŞDIRMA

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Birləşdirilən peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Birləşdirilən peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Məktəbdə metod birləşmənin işi necə təşkil olmalıdır?

Məktəbdə metod birləşmənin işi necə təşkil olmalıdır?

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi -

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

DQ-nin nəticələri   müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

DQ-nin nəticələri müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV