Xəbərlər
13 oktyabr 2017
875

Bakıda Uşaq Yaradıcılıq Mərkəzləri bağlanır! - Uşaqlar nə edəcək?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

Övladını 3 ildir Səbail rayonunda yerləşən yaradıcılıq mərkəzinin rəms dərslərinə aparan valideyn Aynur Məhərrəmova mərkəzin bağlanmasından şikayətçidir.


Aztəhsil.com xəbər verir ki, "A24.az”a müraciət edən valideyn bildirir ki, adıçəkilən məkanda yerləşən mərkəzə uşaqların axını da çoxdur. Orda rus dili, ingilis dili, riyaziyyat, rəsm – hər sahədə dərslər keçirilir:


"Mərkəz bağlansa, bura gələn uşaqlar hara gedəcək, necə edəcək? Mərkəzin daha uzağa –  Qaradağ və ya Əhmədliyə köçürülmə ehtimalı var. Oğlumu hər gün Səbaildən Əhmədliyə aparıb-gətirməyə gücüm yoxdur. Özü də 3 ildir ki, həvəslə rəsmə gəlir. İndi yaradıcılıq mərkəzi bağlansa, uşaqlar avaraçılıq edəcək?” – deyə Aynur Məhərrəmova bildirib.


Valideynin dediklərinə görə uşaq axının olduğu halda buranın bağlanmasının səbəbi nədir? Deyilənə görə Bakıda olan yaradıcılıq mərkəzlərinin bir neçəsi birləşdiriləcək. Ləğv olunan təhsil ocaqlarının müəllimləri isə işsiz qalacaq. Hətta mərkəzin direktoru da narahatdır və müəllimlərin işsiz, uşaqların gəldiyi dərslərdən geri qalmamaları üçün Təhsil Nazirliyinə şikayət etməyi məsləhət görüb.


20 saylı Uşaq Yaradıcılıq Mərkəzinin direktoru İlhamə Turabova ilə əlaqə saxladıq. İlhamə xanım mərkəzin bağlanacağını təsdiqləsə də, bunun səbələrini izah edə bilmədi. Təhsil Nazirliyi və ya əlaqədar qurumlarla əlaqə saxlamağımızı dedi.


Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədova zəng etdik. Sualımızı səsləndirəndən sonra bildirdi ki, zəhmət olmasa yazılı şəkildə bizim elektron ünvana yazın. Yazdıq, üstəlik xahiş də etdik ki, tez bir zamanda cavablandırılsın. Çünki valideynlər narahat, müəllimlər isə narazıdır. Amma adıçəkilən ünvandan cavab gəlmədi. Növbəti gün zəng etdik, cavab vermədilər. Və nəhayət, bu gün tezdən əlaqə saxlayıb cavabı gözlədiyimizi dedik. Bəşarət Məmmədov bildirdi ki, sualı cavablandıran mən deyiləm. Əlaqədar şəxslər cavablandırsın ki, mən də sizi məlumatlandırım. Hələ də Təhsil İdarəsindən cavab gəlmədiyi üçün yazını qarşı tərəfin açıqlaması olmadan işıqlandırmaq məcburiyyətində qaldıq.


"Heç vaxt heç nə gec deyil” deyərək, açıqlamanızın yolunu hələ də gözləyirik…

 







Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

Bakıda Uşaq-gənclər yaradıcılıq mərkəzinin açılışı olub

Bakıda Uşaq-gənclər yaradıcılıq mərkəzinin açılışı olub

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Bakıda Uşaq Yaradıcılıq Mərkəzləri bağlanır! -

Bakıda Uşaq Yaradıcılıq Mərkəzləri bağlanır! - "İndi uşaqlar avaraçılıq edəcək? " - ŞİKAYƏT

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Abşeronda məktəbli itkin düşdü - FOTO

Abşeronda məktəbli itkin düşdü - FOTO

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Bakının orta məktəblərində bit yayıldı  - Valideynlər həyəcanda

Bakının orta məktəblərində bit yayıldı - Valideynlər həyəcanda

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Sumqayıtda məktəb direktoru jurnalistə:

Sumqayıtda məktəb direktoru jurnalistə: "Qələt edib mənə zəng vurursan"

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?

Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində  “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Şabran -

Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib