AzTehsil.com


Xəbərlər / Cəmiyyət
22 sentyabr 2017
13 862


Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA



 

"Tam məsuliyyətlə deyirəm ki, 2018-2019-cu illərdə qəbul və buraxılış imtahanlarında heç bir dəyişikliklər nəzərdə tutulmayıb. Dəyişikliklər 2019-cu ildə tətbiq olunacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim ediləcək və müddət yenə üç saat olacaq: "2009-cu ildən məktəblərdə kurikulum əsasında tədris qurulub. Buraxılış imtahanları iki mərhələdə aparılıb. Tamamilə yeni növ qiymətləndirmə-ölçmə materialları istifadə olunub. Kurikulum əsasında təhsil alan uşaqlar iki ildən sonra on birinci sinfə çatanda onların buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər olacaq”.

Mərkəz direktoru deyib ki, dəyişikliyin nədən ibarət olması açıqlanıb, gələn həftə bununla əlaqədar geniş məlumatlar veriləcək: "İndi onuncu sinifdə oxuyan şagirdlərin valideynləri çox narahatdırlar. Çünki bilmirlər ki, hansı fənlərdən imtahanlar olacaq. 2019-cu ildə buraxılış imtahanlarında fənlər builki buraxılış imtahanındakı fənlər olacaq. Bunlar ana dili, riyaziyyat və xarici dil fənləridir. Buraxılış imtahanının formatı necə olubsa, yenə həmin formatda nəzərdə tutulub. Təbii ki, yeni növ imtahanı vermək üçün uşaqlar hazırdırlar. O ki qaldı qəbul imtahanlarına, indiyədək qəbul imtahanlarında eyni balı toplayan uşaqlar bir yerdə müsabiqədə iştirak edirdilərsə, ikinci mərhələdə ikinci kriteriya kimi attestat balı nəzərə alınırdı. 2019-cu ildə nəzərdə tutulur ki, buraxılış imtahanında şagirdlərin topladığı nəticələr həmin ilin qəbul imtahanlarında topladığı nəticələrin üstünə gəlsin, ümumi nəticə əldə olunsun. Misal üçün, buraxılış imtahanında topladığı bal 300 baldırsa, o bal qəbul imtahanında topladığı nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir. Abituriyentlərə qəbul imtahanlarında beş fənn üç saat ərzində təqdim olunurdu. 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim olunacaq. Təbii ki, orda yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar da əksini tapacaq. Yeni növ tapşırıqlar o deməkdir ki, onların cavabı olmayacaq. Abituriyent o cavabı özü yazmalıdır”.

Mərkəz sədri əlavə edib ki, bu növ tapşırıqların yoxlanması da yeni üsulları tələb edir: "Valideynlər narahatdır ki, belə növ tapşırıqları təkcə kompüter yox, ekspertlər də qiymətləndirəcəksə, prosesə hansısa müdaxilə mümkündür, yoxsa yox? Tam məsuliyyətlə deyə bilərəm ki, bu istiqamətdə iş aparırıq. Dövlət İmtahan Mərkəzinin xüsusi proqram təminatı var. Həmin proqram təminatı təkmilləşib və nəhayət bu il buraxılış imtahanında olan iki yüz min işi həmin proqram təminatı ilə yoxlamışıq. Həmin yoxlamada insan faktoru bu prosesə təsir göstərməyib. Valideynləri əmin edə bilərəm ki, yazı işlərinin qiymətləndirilməsində insan faktoru yekun qiymətləndirməyə təsir göstərməyəcək. Uşaqların bilikləri tam şəffaf şəkildə qiymətləndiriləcək”.

M. Abbaszadənin sözlərinə görə, qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq: "Qabiliyyət tələb edən ixtisaslara qəbul indiyə qədər necə olubsa, biz nəzərdə tuturuq ki, yenə həmin şəkildə aparılsın”.



Загрузка...
Həmçinin oxuyun:
Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

9 və 11 illikdən kolleclərə qəbul ŞƏRLƏRİ AÇIQLANDI

9 və 11 illikdən kolleclərə qəbul ŞƏRLƏRİ AÇIQLANDI

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI