Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI » Aztehsil.com

Xəbərlər
25 sentyabr 2017
2226

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbinin Həmkarlar Təşkilatında katib işləyən biologiya müəllimi Əlizamin Əliyev məktəbin direktor əvəzi Seymur Cəfərovdan  şikayət edib.


A24.Az xəbər verir ki,  biologiya müəllimi Əlizamin Əliyev Diaqnostik Qiymətləndirmədən 57 bal toplayıb və onun dərs saatı həftəlik olaraq 24 saat təyin edilib.  Müəllim sosial şəbəkədə səs yazısı dərc edəndən sonra direktor əvəzi qeyri-qanuni olaraq müəllimin həftəlik dərs saatını 24-dən 17 saata endirib.


Əlizamin Əliyev A24.Az-a açıqlamasında bildirdi ki, Seymur Cəfərovun yarıtmaz fəaliyyəti haqqında şikayətlər çox olub. "Diaqnostik Qiymətləndirmənin nəticələrinə görə dərs bölgüsünün xüsusi düstur əsasında hesablanmasına dair şayiələr yayılmışdır. Guya diaqnostik bala görə dərs saatı bölgüsü xüsusi düstur əsasında aparılacaq.  Dərs saatı bölünəcək fənn müəllimlərinin diaqnostik balına və vurulacaq hər ixtisas müəllimin öz diaqnostik balına.  Mən də həmkarlarım üçün dəqiqləşdirdim. Təhsil Nazirliyinin qaynar xəttinə zəng vurdum və ordan bildirdilər ki, bu haqda rəsmi qayda yoxdur.


Səs yazısını müəllimlərlə bölüşdüm. Sosial şəbəkədə paylaşdım. Bunu yayımlamaqda heç bir  qəsdi qərəzliyim yoxdur. Sadəcə olaraq həmkarlarımın bilgilənməsi üçün yayımlamışdım. Bu səs yazısı yayımlanana qədər direktor əvəzi Seymur Cəfərov mənə 24 saat dərs vermişdir.  Sonra isə heç bir səbəb  demədən 17 saata endirdi. İndiyədək mənim direktorla heç bir problemim olmayıb. Səs yazısından sonra mənə qarşı  qərəzli mövqe tutdu. Dərs saatımı 24-dən 17-yə endirdi”.


Biologiya müəllimi bildirir ki, direktor əvəzi işləyən Seymur Cəfərovun düzgün nitq qabiliyyəti  yoxdur. "Cəlilabad rayon Təhsil şöbəsinə də xəbər vermişəm. Onlar da mənə yetərli cavab vermədilər. Nəticəsiz qaldı. A24.Az vasitəsilə səsimi müvafiq orqanlara çatdırılmasına umid edirəm.


Seymur Cəfərovun direktor olmağına gəldikdə isə  hələ ki məktəbdə direktor əvəzi vəzifəsində işləyir. Direktorların imtahanında 1-ci mərhələ bitib. İkinci mərhələ hələ keçirilməyib. Bu şəxs hələ direktor deyil. Müvəqqəti olaraq ona direktor səlahiyyəti tapşırılıb. Amma Seymur Cəfərov rəsmi sənədlərdə özünü direktor kimi təqdim edir”.


A24.Az olaraq məsələ ilə əlaqədar Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbin direktor əvəzi Seymur Cəfərovla əlaqə saxladıq. Direktor əvəzi sualımızı eşitdikdən sonra dəstəyi yerə qoydu.


Xatırladaq ki,  Seymur  Cəfərovla bağlı dəfələrlə mətbuatda şikayət məktubu dərc edilib.


Vüsalə Əlövsətqızı, A24.Az

 







Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi -

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Birinci sinif müəllimi:

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Cəlilabad rayonunda təhsilə qan udduran direktordan növbəti ŞİKAYƏT -

Cəlilabad rayonunda təhsilə qan udduran direktordan növbəti ŞİKAYƏT - "Müəllimlərin öz hesabına hazırladığı sinfi sökür"

Sumqayıtda məktəb direktoru jurnalistə:

Sumqayıtda məktəb direktoru jurnalistə: "Qələt edib mənə zəng vurursan"

Cəlilabad rayon müəllimlərindən Mikayıl Cabbarova şikayət məktubu

Cəlilabad rayon müəllimlərindən Mikayıl Cabbarova şikayət məktubu

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Direktorları ciddi sınaq gözləyir

Direktorları ciddi sınaq gözləyir

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək

Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Valideyndən Mikayıl Cabbarova şikayət..direktor səhlənkarlığı, biganəlik....

Valideyndən Mikayıl Cabbarova şikayət..direktor səhlənkarlığı, biganəlik....

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Şabran təhsil şöbəsi direktor və müəllimlərlə iclas keçirib

Şabran təhsil şöbəsi direktor və müəllimlərlə iclas keçirib

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl