Xəbərlər, Kitabxanaçı
07 sentyabr 2019
109

Dərsliklərin paylanılması başa çatıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dərsliklərin paylanılması başa çatıb

 

 
"Bütün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılması ilə bağlı başlanmış işlər başa çatdırılıb”.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat katibi Bəşarət Məmmədov məlumat verib.

O bildirib ki, dərsliklərin şagirdlərə paylanılması sentyabrın 6-da yekunlaşdırılıb: "Öncədən məlumat verildiyi kimi, müraciət edən bütün valideynlər sentyabrın ilk günlərində müvafiq dövlət ümumi təhsil məktəbindən dərslikləri əldə ediblər. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə imkan verir və uşaqların yeni dərsliklərlə ilkin tanışlığına, ilk dərs gününə daha həvəslə hazırlaşmalarına zəmin yaradır. Hər hansı səbəbdən dərsliklərlə təminatda çətinlik yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur”.

B. Məmmədov qeyd edib ki, 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər əvvəlki illərdə istifadə olunmuş və 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir: "Əsas tövsiyələrimizdən biri də ondan ibarətdir ki, dövlət tərəfindən təmin olunan dərsliklərə qayğı ilə yanaşılmalı, valideynlər də övladlarına bu istiqamətdə də nəzarəti unutmamalıdırlar”.

BŞTİ rəsmisi xatırladıb ki, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib: "Dərslik təminatı ilə yanaşı, yeni dərs ili üçün məktəblərin təmir-tikinti işləri, maddi-texniki təminatı prosesi də kifayət qədər geniş miqyasda aparılıb və yeni dərs ilinin ilk günündən bütün tədris ocaqlarının qapıları məktəblilərin üzünə açıqdır”.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Ən çox müzakirə olunan dərsliklər – Bütün fənlər üzrə 2018-ci ilin STATİSTİKASI

Ən çox müzakirə olunan dərsliklər – Bütün fənlər üzrə 2018-ci ilin STATİSTİKASI

Gürcüstana 20 622 ədəd dərslik və metodik vəsait göndərilib

Gürcüstana 20 622 ədəd dərslik və metodik vəsait göndərilib

Dərsliklərin şagirdlərə paylanılması davam edir

Dərsliklərin şagirdlərə paylanılması davam edir

Yeni dərs ilinin başlayacağı tarix açıqlandı - RƏSMİ

Yeni dərs ilinin başlayacağı tarix açıqlandı - RƏSMİ

Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası

Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası

Ehtiyat dərsliklər 6 min birinci sinif şagirdi ilə təkrar sınaqdan keçirilə bilər

Ehtiyat dərsliklər 6 min birinci sinif şagirdi ilə təkrar sınaqdan keçirilə bilər

Məktəbəhazırlıq qrupları üçün dərslik çap ediləcək?

Məktəbəhazırlıq qrupları üçün dərslik çap ediləcək?

Dərslik çatışmazlığı ilə üzləşən şagird nə etməlidir?

Dərslik çatışmazlığı ilə üzləşən şagird nə etməlidir?

Yeni dərs ilinə 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib

Yeni dərs ilinə 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib

I-XI sinifləri üçün tədris planı - Cədvəl - 2019-2020-ci dərs ili

I-XI sinifləri üçün tədris planı - Cədvəl - 2019-2020-ci dərs ili

Yeni məktəb binası istifadəyə veriləcək

Yeni məktəb binası istifadəyə veriləcək

Elektron dərslik portalına giriş sayı 1 199 651-ə çatıb

Elektron dərslik portalına giriş sayı 1 199 651-ə çatıb

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Yeni dərsliklərin təsdiqi və nəşri...

Yeni dərsliklərin təsdiqi və nəşri...

Dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları hansılardır?

Dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları hansılardır?

Dərsliklərin paylanılmasına başlanılıb

Dərsliklərin paylanılmasına başlanılıb

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

DİQQƏT! Təhsil Nazirliyindən AÇIQLAMA:

DİQQƏT! Təhsil Nazirliyindən AÇIQLAMA: "Sentyabrın 8-nə qədər bütün məktəblərdə..."

Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib

Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?