Xəbərlər / Yazarlar / Müəllim
07 fevral 2019
2 970


“Pəncü-şeş”ləşən “Sığmazam”ın sədaları altında toyxanalarda qol görürüb şıdırğı süzürük…

 

 
Anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu ilin "Nəsimi ili” elan olunması böyük şairin yaradıcılığına bələd olan və olmayan insanlarda müxtəlif reaksiyalar doğurur.
 
Bu cəhətdən də il ərzində müxtəlif ədəbi-bədii və tənqidi situasiyalarla rastlaşacağımız təbiidir. İki cahana sığmayan şair haqqında yazılanlar bu 365 günün də çərçivəsinə sığmayacaqdır. Şərqin böyük filosofu, üsyankar şairi əsrlər boyu gedəcəyi yollarda öyrəniləcək, anılacaq, xatırlanacaqdır. Çünki Nəsiminin poetik qalaktikasının mərkəzində İNSAN və onun tərənnümü dayanır:

Səni bu hüsnü-camal ilə, kamal ilə görüb,
Qorxdular həqq deməyə, döndülər insan dedilər.

Sözü insan qədər ucaldıb, insanı söz qədər hikmətləndirən Nəsimiyə, onun yaradıcılığına münasibət müdrikanə, yalançı pafosdan, şou xarakterli təqdimatdan uzaq olmalıdır. "Nəsimi ili”dir deyə, bacaran-bacarmayan meydana atılıb, " bu da mənim Nəsimiyə hədiyyəmdir” deməməlidir. Nəsimi yaradıcılığına, Nəsimi sözünə qiymət böyük şairimiz  Füzulinin "SÖZ”ə verdiyi qiymətin işığında verilməlidir:

Artıran söz qədrini sidqilə qədrin artırar,

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz

Bir nigari-ənbərinxətdir könüllər almağa,

Göstərir hərdən niqabi-ğeybdən rüxsar söz.

Bizim düşüncəmizə görə Nəsimi haqqında sözü də, onu dərk edən, onu anlayan, onun ruhuna doğma ola bilən söz xiridarları, söz sənətinin ustadları, "ənəlhəqq” deyərək, söz yolunda "soyulmağı” bacaranlar deməlidir. Nəsimi sözünü musiqiyə, rəssamlığa, heykəltəraşlığa, filmə gətirmək istəyənlər Nəsimi əzəmətini unutmamalıdırlar.

Son günlər savadı, bilik səviyyəsi ilə öyünməklə Nəsimi yaradıcılığına müraciət edən bir müğənni böyük şairin "Sığmazam” qəzəlini mahnı janrına gətirməklə geniş bir müzakirə obyektinə çevrilə bilmişdir. Nəsimini və musiqini anlaya bilən insan mahnını dinləyərkən hiss edir ki, Nəsimi yaradıcılığına müraciət etmək istəyi şairə sevgidən, ona ruhən bağlı olmaqdan daha çox reklam olunmaq həvəsindən yaranıb. Belə olmasaydı, hətta, qəzəl janrında yazıldığını belə dəqiq bilmədiyi "Sığmazam”ı "şıdırğı” hind musiqisi ritmi üzərində qurub toyxana mahnısına çevirməz, onu bəyənməyənləri isə ironiya ilə "Bollivud müsiqisindən xəbərsizlər” adlandırmazdı. Bu adam anlamaq belə istəmir ki, insanların haqlı iradı özünün düşünüb tapdığı ilə öyündüyü bu Bollivud musiqisinə deyil, "kamil insan ideyası”nı təbliğ edən şairin sufiliyi, hürufiliyi, fəlsəfi-panteist fikirləri əks etdirən bir şeirinə bu musiqini  "calaq” etdirərək toy mahnısına çevirməsinədir.

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü-məkana sığmazam…! – kimi üsyankar, fəlsəfi çağırışın sədaları qulaqlarında yox, qəlbində əks-səda verdiyi bir məqamda sözügedən bu mahnını dinlədikcə, sanki Nəsiminin fəryadını eşidir, sevimli sənətkarımız Rasim Balayevin ifasındakı yanğının, atəşin mahnıya etiraz olaraq daha da alovlandığını görürük. Nəsiminin yazdığının və Rasim Balayevin ifa etdiyinin müqayisəsində bu toy ruhlu mahnı necə cılız və bir toy mağarına "sığan” görünür. İki cahana sığmayan bir ruhu bir toy mağarına sığışdıra bilmək  "qeyri-kamil”liyin göstəricisidir. Varlığa sığmazlığı, laməkanlığı, kamilliyi əks etdirən bir sənət abidəsinin "Pəncü-şeş” adlandırılıb, toy mahnısı kimi ifa olunması insanın ruhunu  zədələyir.

Nəsimini nəğməkar, toy şairi kimi duymağı bir yana, kamilliyin, böyüklüyün özünü belə lağ obyektinə çevirirmiş kimi  iddia edir ki, yuxuda "Sığmazam” qəzəlini belə ifa etməyə  Nəsimi özü icazə verib.

Yaxşı ki, internet arxivində məni gərginlikdən çıxara bilən "Nəsimi” filmi və Rasim Balayevin gözəl ifası var. O mahnının beynimdə əks etdirdiyi mənfi emosiyanı, pis ovqatı  filmin fraqmentlərini izləmək və  "Məndə sığar iki cahan…” şeirini Rasim Balayevin ifasında dinləməklə özümdən uzaqlaşdıra bildim.  Haradansa yadıma  ustad Aşıq Ədalət, "Yanıq Kərəmi”, toylarımız düşdü.. Elə o anda təsəvvür etdim ki, "Pəncü-şeş”ləşən "Sığmazam”ın sədaları altında toyxanalarda  qol görürüb şıdırğı süzürük… Tanrı cismimizi belə "mahnılara” oynamaqdan qorusun ki,  son anda ona borc olaraq qaytaracağımız ruhumuz  zədələnməsin.

Nəsiminin obrazlı, bədi-estetik dəyərli, kamil qəzəlləri,  lirik "mən”in üsyankar monoloqları əsl ifaçılarını, əsl bəstəkarlarını gözləyir. Məgər "Sənsiz”, "Sevgili canan” romanslarını, "Nəsimi”, "Füzuli” kantatalarını, "Karvan” suitasını yaratmağı bacaran xalqımızın  istedadlı övladları içərisində "Nəsimi ili”ndə böyük Nəsiminin adına, ruhuna layiq müsiqi əsərləri yarada biləcək bəstəkarlarımız yoxmu? Bəlkə, Nəsimi ruhunu böyük simfoniyalara sığdırmaq, doğrudan da, çətin və məsuliyyətlidir?  "Nəsimi ili”ndə  "yalandan oyananlara” və həqiqətən oyana bilənlərə elə Nəsimi dili, Nəsimi şeiri ilə demək istəyirəm :

Ey özündən bixəbər qafil, oyan!

Həqqə gəl kim, həqq deyil batil, oyan!

Olma fani aləmə mail, oyan!

Mərifətdən nəsnə qıl hasil, oyan!
 
Pərvanə O-nurlu
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İmadəddin Nəsiminin Azərbaycan dilində "Divan"ının iki nüsxəsinin surəti əldə edilib

İmadəddin Nəsiminin Azərbaycan dilində "Divan"ının iki nüsxəsinin surəti əldə edilib

İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etdi

İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etdi

Füzulinin qəbri dağıdılıb, Nəsiminin məzarından xəbər yoxdu - RƏSMİ

Füzulinin qəbri dağıdılıb, Nəsiminin məzarından xəbər yoxdu - RƏSMİ

“Lidiçe 2017 - 45-ci Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisi”ndə Nəsimi Qarayev adlı şagirdimiz iştirak edəcək

“Lidiçe 2017 - 45-ci Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisi”ndə Nəsimi Qarayev adlı şagirdimiz iştirak edəcək

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...

Məktəb direktorunun evindən oğurluq edən şəxsin məhkəməsi başlayıb

Məktəb direktorunun evindən oğurluq edən şəxsin məhkəməsi başlayıb

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib

Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib

Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib - YENİLƏNİB

Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib - YENİLƏNİB

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb

Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

“Niyə mən öz dilimdə işləyə bilmərəm?” sualları sanki məni ruhdan salırdı.

“Niyə mən öz dilimdə işləyə bilmərəm?” sualları sanki məni ruhdan salırdı.

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

“Yazı qaydalarımızın dəyişdirilməsinə biganə qalmayaq” -Dilçi professorun həyəcan təbili

“Yazı qaydalarımızın dəyişdirilməsinə biganə qalmayaq” -Dilçi professorun həyəcan təbili

Bakıda məktəbdən 900 manat pul və sənədlər oğurlayan şəxs tutulub

Bakıda məktəbdən 900 manat pul və sənədlər oğurlayan şəxs tutulub

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Bu rayonda müəllim çatışmazlığı var – İngilis dili fənni tədris edilmir – VİDEO

Bu rayonda müəllim çatışmazlığı var – İngilis dili fənni tədris edilmir – VİDEO

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ADU-dan milli dəyərlərimizə daha bir töhfə