AzTehsil.com

Xəbərlər / Ekspert
17 yanvar 2018
2 840

Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb

Orfoqrafiya qaydaları ilə bağlı ictimaiyyətə təqdim olunan layihə barədə elmi əsaslara söykənən təkliflər qəbul ediləcək.

Aztəhsil.com xəbər verir ki, bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib.

AMEA rəsmisi qeyd edib ki, işin mahiyyəti ilə tanış olmayanlar belə layihənin müzakirəsində iştirak edir və düzgün olmayan fikirlər səsləndirirlər:

"Kimsə yazır ki, bütün qoşa samitli sözləri dəyişdirəcəyik. Ancaq elə deyil, biz qoşa samitli sözlərdən yalnız iki "yy” olanı demişik. Bu dəyişiklik hər bir sözə aid deyil, yalnız "iyyat”, "iyyət”, "iyyə” şəkilçili qoşa samitli sözlərinə nəzərdə tutumuşuq. Qeyri-peşəkar insanlar özlərini göstərmək üçün layihənin müzakirəsinə qoşulur. Bəziləri heç layihə ilə tanış deyillər. Həm də bu layihədir, müzakirələr zamanı ağlabatan, elmi fikirləri mütləq nəzərə alacağıq. Onları bir də müzakirə edib, yenidən orta məxrəcə gələcəyik”.

M.Nağısoylu bəzi sözlərin səsləndiyi kimi yazılmasına da aydınlıq gətirib. "Məsələn, alğı-satqı sözü 1975 və 2004-cü illərdə çıxan lüğətlərdə "alğı” şəklindədir. 2013-cü ildə çıxan lüğətdə isə "alqı” kimi yazılıb. Hesab edirəm ki, bu elmi cəhətdən səhvdir. Çünki orta məktəbdə öyrədirlər ki, söz cingiltili sammitlə bitəndə ona qoşulan şəkilçi cingiltili olur. Məsələn, alğı, çalğı. Söz kar samiti ilə bitəndə ona qoşulan şəkilçi "q” olur. Bu, elmi qaydadır. Bu qaydadan kənara çıxmaq elmi cəhətdən səhvdir. Bu qaydaların biz hər birini elmi mütəxəssislərlə müzakirə etmişik”, - deyə direktor əlavə edib.

Qeyd edək ki, bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub. Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib. 

Tədbirdə yeni "Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. "Əsgər” sözünün "əskər”, "alqı-satqı” sözünün "alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

Загрузка...
Həmçinin oxuyun:
“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

"Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" nəşr olundu

Sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq

Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı - “Çırtı-pırtı”, “çıpaçıp”, “dit-dit”...

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

“Yazı qaydalarımızın dəyişdirilməsinə biganə qalmayaq” -Dilçi professorun həyəcan təbili

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

Magistr, doktorant və dissertantlar üçün müsabiqə:  “Ana dilimiz – milli varlığımızdır”

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI