AzTehsil.com


Xəbərlər / Kitabxanaçı
11 yanvar 2018
3 327


Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı - “Çırtı-pırtı”, “çıpaçıp”, “dit-dit”...



 

Tərcümə Mərkəzi AMEA-nın nəşr etdiyi "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə qüsurlar aşkarlayıb.

Mərkəz tərəfindən aşkarlandığı iddia edilən qüsurlar "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” kitabında yer alıb.

Kitabda bildirilib ki, orfoqrafiya lüğətinə ümumişlək, anlaşıqlı və populyar səciyyəli terminlər daxil edilir. "Azərbaycanda Orfoqrafiya sözlüyü kimi strateji bir dilçilik əsərinin tərtibi işinə xüsusən son dövrlərdə xeyli dərəcədə laqeyd, hətta demək olar ki, məsuliyyətsiz yanaşılıb.

Tərcümə Mərkəzinin "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin son nəşri üzərində apardığı təhlillər külli miqdarda faktlarla təmsil olunan prinsipal qüsurlar aşkarlanıb ki, onlardan birincisi müasir Azərbaycan dilində işlənməyən, artıq tamamilə arxaikləşmiş ərəb, fars və s. mənşəli çoxsaylı əcnəbi sözlərin tədricən nəinki lüğətlərdən çıxarılması, hətta nəşrdən-nəşrə daha da artırılmasıdır. Məsələn, "ab”, "aba”, "abxor”, "çakər”, "canfəza”, "danişgah”, "dəh”, "abi-həyat”, "əhıi-eşq”, "dərdi-sər” kimi minlərlə söz və izafət birləşmələri orfoqrafiya lüğətinə hansı məntiqlə daxil edilə bilər?

İkinci qüsur mövcud orfoqrafiya lüğətində ümumişlək səciyyəsi daşımayan, yalnız müxtəlif elmlər və ya peşələr üzrə mütəxəssislərin dar ünsiyyət dairəsinə mənsub söz-terminlərə geniş yer verilməsidir. Məsələn, "abaksial”, "abandon”, "abatment”, "dedveyt”, "dzeren” və s. kimi sözlərin orfoqrafiya lüğətinə daxil edilməsi yanlışdır. Burada söhbət yalnız beynəlmiləl terminalogiyadan deyil, milli söz-terminlərdən də gedir.

Məsələn, "cərgəarasıseyrəklik”, "çoxmemarlılıq”, "dimdikşəkillilik” kimi terminoloji vahidlər orfoqrafiya lüğətində heç bir funksiya daşımır.

Üçüncü qüsur lüğətdə ədəbi normativlikdən və ya kütləvi işləklikdən məhrum dialektizmlər, yaxud loru sözlər də çoxdur. "Adə”, "ağzıyelli, "anarı”, "ağarantı”, "ağzıbir”, "alabaydaq” tipli dialekt, "adıbatmış”, "açarınıitirən”, "ağzıcırıq”, "çezdirmə”, "çırtı-pırtı” kimi loru sözlərin orfoqrafiya lüğətində verilməsi, ən azından, yazı mədəniyyətinə ziddir.

Lüğətin dördüncü qüsuru heç bir ehtiyac olmadam söz yaradıcılığı hesabına yüklənməsi və ya süni olaraq həcmcə genişləndirilməsidir. Nə ehtiyac var ki, "silahlandırılma, silahlandırılmaq, silahlandırma, silahlandırmaq, silahlanma, silahlanmaq… silahsızlandırılma, silahsızlandırılmaq” kimi sicilləmələr orfoqrafiya lüğətinə daxil edilsin? Əgər mətləb sözün törəmələrinin düzgün yazılış qayda və ya formalarının təsbitindən gedirsə, daha doğru, daha elmi yanaşma odur ki, lüğətə tamamilə təbii olaraq əlavə edilmiş "Orfoqrafiya qaydaları”nda müxtəlif növ şəkilçilərin orfoqrafiyası təfsilatı ilə verilsin.

"Lüğət”də Azərbaycan dilinin mövcud söz yaradıcılığı imkanlarından sui-istifadə edilərək "yaradılmış” xeyli qurama sözlərə rast gəlinir ki, bu, beşinci qüsurdur. Buraya "abır-həyagözləmə”, "abırsızolma”, "abzasdanbaşlama”, "acıdilliliketmə”, "açıqcagöndərmə” və s. tipli qondarma "mürəkkəb sözlər” aiddir ki, onların sayı lüğətdə olduqca çoxdur. Bu cür sözlərin lüğətə ayaq açması "söz” anlayışı barədəki təsəvvürün yanlışlığından, yaxud elmi olmamasından irəli gəlir.

Maraqlıdır ki, tərtibçilər Azərbaycan dilində, məsələn, "ətriyyatçılıqetmə”, yaxud "ətriyyatçıolma” sözlərinin mövcudluğunu qəbul edirlər, ancaq deyək ki, "müəllimliketmə”, yaxud, "müəllimolma” "söz”lərini qəbul edib lüğətə daxil etmirlər… Bu isə o deməkdir ki, ən adi elmi prinsiplər belə gözlənilməyib, tərtibçilər ya hansı mətndəsə təsadüf etdikləri "söz”ləri almış, ya da sadəcə özlərindən uydurmuşlar.

"Lüğət”in altıncı qüsuru "söz” anlayışı hüdudlarına sığmayan yamsımalara və ya fonetik təqlid cəhd-vahidlərinə, heç bir əsas olmadan, geniş yer ayrılmasıdır. Məsələn, "car-cur”, "cığ-cığ”, "cirinq”, "cükk”, "çıqq”, "çıpaçıp”, "çıp-çıp”, "çırt”, "danq”, "dit-dit”, "dızz” və s.

Nəhayət, yeddinci qüsur bir sıra sözlərin düzgün yazılışında:
 
A) tələffüz variantlılığından; B) alınmalarda mənbə dildəki yazı normasına münasibətdən; C) mürəkkəb sözlərin bitişik, yaxud defislə yazılmasından və s. irəli gələn problemlər vardır.
 
Məsələn: addama-adlama, basdalama-bastalanma, başaçıq-başıaçıq, cəlal-calal, çaşma-şaşma, qorxutma-qorxuzma, yorğun-yornuq, yumurlama-yumrulama və s.

Beləliklə, orfoqrafiya lüğətinin son – 2013-cü il nəşri (o nəşrin ki, əsas missiyası məhz bu cür qüsurları mümkün dərəcədə aradan qaldırmaq idi) bugünkü tələblərə cavab vermir”.



Загрузка...
Həmçinin oxuyun:
Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

"Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" nəşr olundu

"Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" nəşr olundu

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edilib - SİYAHI

Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edilib - SİYAHI

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI

Yeni orfoepiya lüğəti niyə ləngiyir? -AÇIQLAMA

Yeni orfoepiya lüğəti niyə ləngiyir? -AÇIQLAMA

“Türkmənşəli sözlər lüğəti” çap olunub

“Türkmənşəli sözlər lüğəti” çap olunub

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR

Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR

Yad sözlərə düşmən münasibət bəsləməyin!- EKSPERT

Yad sözlərə düşmən münasibət bəsləməyin!- EKSPERT

Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”

Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Terminologiya Komissiyası: “Yeni sözlərlə bağlı təkliflər var”

Terminologiya Komissiyası: “Yeni sözlərlə bağlı təkliflər var”

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ