Nazir:"Son iki ildə narahatlıq doğuran əsas məsələlərdən biri "
“Son iki ildə narahatlıq doğuran əsas məsələlərdən biri oğlan uşaqlarının təhsili və tərbiyəsi ilə bağlı problemlərdir”.
AzTehsil.com xəbər verir ki, bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində deyib.
O, mövcud məlumatlara istinad edərək bildirib ki, bu gün qızların həm oxu, həm də riyaziyyat sahəsindəki göstəricilərində irəliləyiş var. Lakin oğlanların nəticələrində müəyyən mənada geriləmələr müşahidə olunur.
“Bu, cəmiyyətdə qadına olan münasibət və qadınların təhsilə çıxış imkanları ilə bağlı məsələləri göstərir. Son dövrlərdə oğlan uşaqlarının davranışlarında, təhsilində, xüsusilə şagirdlər arasındakı münasibətlərdə narahatlıq doğuran elementlər və meyillər hiss edilir. Hər şeyi yalnız Elm və Təhsil Nazirliyinin üzərinə qoyub həll yolunu oradan gözləmək düzgün deyil. Bu həm cəmiyyətin, həm ailənin, həm də valideynlərin üzərinə düşən məsuliyyətdir”.










