AzTehsil.com

Xəbərlər
27 oktyabr 2018
2 036

Gürcüstan azərbaycanlıları üçün yeni təhsil imkanı

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda yeni açılmış "Gələcək” (Momavali) adlı özəl beynəlxalq təhsil mərkəzində olub. AzTehsil.com  Azərtac-a istinadən xəbər verir ki, nazir təhsil mərkəzində yaradılmış şəraitlə tanış olub, şagirdlər, valideynlər və müəllimlərlə söhbət edib.

M.Batiaşvili təhsil mərkəzində tədrisin gürcü dilində aparılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Marneuli kimi çöxmillətli rayonda gürcü dilinin tədrisi dövlət əhəmiyyəti kəsb edir. Mərkəzdə çalışan müəllimlərin əksəriyyətinin gənc kadrların təşkil etdiyini vurğulayan nazir, bu cür uğurlu layihənin həyata keçirilməsinə dəstək göstərmiş donor təşkilatlar və özəl sektora minnətdarlıq edib.

 Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo-Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli rayonunun rəhbər şəxsləri, "SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov və digər rəsmilər iştirak ediblər.

 Bolqarıstanın Gürcüstandakı səfirliyi və Avropa İttifaqının dəstəyi ilə açılan beynəlxalq təhsil mərkəzinin nəzdində uşaq bağçası da fəaliyyət göstərir.

Bildirilib ki, Marneuli və Tbilisidən olan gənc və təcrübəli müəllimlərin çalışdığı təhsil mərkəzində hazırda 150-yə yaxın şagird təhsil alır. Onların da əksəriyyətini etnik azərbaycanlılar təşkil edir.

 Məlumat üçün qeyd edək ki, 500 şagird üçün nəzərdə tutulmuş müasir təhsil mərkəzi bu ilin sentyabrından fəaliyyətə başlayıb.
 
Gürcüstan azərbaycanlıları üçün yeni təhsil imkanı

Загрузка...
Həmçinin oxuyun:
Gürcüstanın birinci xanımı azərbaycanlı şagirdləri təbrik edib

Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açıldı

Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

"Bunlar təmiz farsdırlar”-deyə azərbaycanlıları təhqir edən müəllimə işdən qovuldu

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

Gürcüstanın təhsil naziri Azərbaycana səfər edəcək

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Dövlət İmtahan Mərkəzində yeni təyinatlar olub

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

İnşaat Kolleci Gürcüstan təhsil müəssisələri ilə əməkdaşlığa hazırlaşır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Azərbaycanlı tələbələr Tiflisdə aksiya keçirdi - FOTO

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində  “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Ən reytinqli məktəblər - SİYAHI

Ən reytinqli məktəblər - SİYAHI

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib