AzTehsil.com

Xəbərlər / Kitabxanaçı / Müəllim
31 yanvar 2018
3 608

Alimlər əsgər və alqı-satqı sözünün necə yazılması ilə bağlı YEKUN QƏRARI VERDİ

"Ötən gün AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin sədrliyi ilə Orfoqrafiya Komissiyasının iclası keçirildi. 3 saata yaxın davam edən görüş olduqca faydalı oldu".

Aztəhsil.com xəbər verir ki, bu barədə AMEA Dilçilik İnstitutunun elmi işçisi, tanınmış dilçi alim Şahlar Məmmədov məlumat verib.

Ş.Məmmədov "Layihə" ilə bağlı KİV-də gedən yazılara - irad və təkliflərə son dərəcə hörmət və təmkinlə yanaşıldığını bildirib:

"Orfoqrafiya Komissiyası bu fikirdədir ki, layihə ilə bağlı ən kəskin fikirlər belə Azərbaycançılıq və vətənsevərlik duyğusundan qaynaqlanır. Yazılardan o da məlum olur ki, irad bildirənlərin bir çoxu dillə dilçilik elmini eyniləşdirirlər, hətta "dilimiz dəyişdirilir" şüarı ilə çıxış edirlər. Ancaq layihədə dil məsələsi müzakirə olunmur. Dilimiz son dərəcə mükəmməldir. Söhbət Orfoqrafiya qaydalarından, onun təsbitindən gedir. Orfoqrafiya dilin deyil, dilçilik elminin problemidir və bu sahə ilə dilçilər məşğul olurlar. Orfoqrafiya qaydaları ilə bağlı belə bir layihə ilk dəfədir ki, cəmiyyətin müzakirəsinə verilib. Bu tarixi hadisəni düzgün dəyərləndirmək isə hər kəsin borcudur”.

Ş.Məmmədov onu da əlavə edib ki, dil inkişaf etdikcə bəzi qaydaların yenilənməsi zərurəti yaranır:

"Akademik İsa Həbibbəylinin təbirincə desək, bu layihə kiminsə elmi-tədiqiqt işi deyil ki, istədiyi maddələri daxil etsin və onu müdafiə etsin. Layihə ilə bağlı təkliflər ayrı-ayrı dilçilərə məxsusdur. Bunlar ümumiləşdirilərək müzakirəyə təqdim edilib. Bir daha diqqətinizə çatdırırıq ki, Layihənin mükəmməlliyi sağlam ictimai müzakirə və onun nəticəsindən asılıdır.
 
"Qərar yuxarıdan gəlib, irad və təkliflərimiz nəzərə alınmayacaq" kimi təbliğatların heç bir əsası yoxdur. Orfoqrafiya müqəddəs kitabımızdır, əsassız fikirlərə, ittihamlara fikir vermədən məhz sizlərin köməyi və dəstəyi ilə bu işi vicdanla yerinə yetirəcəyik. İşçi qrupu ayrı-ayrı maddələrə aid KİV-də gedən fikirləri ümumiləşdirdikdən sonra nəticələri elan edəcək. Komissiya ictimai müzakirələrə o qədər həssaslıqla yanaşır ki, hətta mənim qızğın şəkildə dəstəklədiyim təklif (22-ci maddə) böyük ehtimalla qəbul olunmayacaq. Ötən gün keçirilən müzakirədə Əsgər, yoxsa əskər yazılsın sualına 6 nəfər lehinə, 14 nəfər əleyhinə, alğı-satqı, yoxsa alqı-satqı yazılsın seçiminə gəldikdə, 8 nəfər lehinə, 5 nəfər əleyhinə səs verib”.

Загрузка...
Həmçinin oxuyun:
“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

“Dilçilər dil məsələsini monopoliyaya çevirmək istəyirlər”  -Təhsil eksperti

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

“Əskər” və “alğı-satqı” sözlərinin doğurduğu TƏHLÜKƏ - Minlərlə dərs kitabı, testlər yenidən YAZILMALIDIR

""Orfoqrafiya lüğəti"nə də alternativ olar?..." - Əlövsət Ağalarov

Azərbaycan dilində 60-dan çox sözün yazılışı dəyişə bilər

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Orfoqrafiq dəyişikliklərə dilçi alimdən sərt tənqid: "Mübahisələr doğuracaq"

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

Dilçilik institutunun direktoru orfoqrafiya lüğətinə ediləcək dəyişikliklərdən DANIŞDI -MÜSAHİBƏ