AzTehsil.com


Xəbərlər / Kitabxanaçı
22 yanvar 2018
2 767


""Orfoqrafiya lüğəti"nə də alternativ olar?..." - Əlövsət Ağalarov



"Qəribə olaylar baş verir. Özü də təkcə ictimai həyatda yox, beynəlxalq aləmdə yox, həmçinin birbaşa dilimizin Konstitusiyası hesab etdiyimiz "Orfoqrafiya lüğəti" ətrafinda.
 
Bu yaxınlarda ardıcıl olaraq leksikonumuzun zənginləşdirilməsi, orfoqrafiya qaydalarının dəyişdirilməsi barədə müxtəlif mətbu orqanlarda, saytlarda, sosial şəbəkələrdə ayrı-ayrı nüfuzlu alimlərimiz, jurnalistlər, müəllimlər geniş diskussiya açaraq öz təklif və iradlarını bildirir, fikir mübadiləsi aparırlar. Normal və təqdir olunmalı haldır. Dil bütöv millətin mənəvi xəzinəsi, ünsiyyət vasitəsi olduğundan kimsənin bu müzakirələrə qarşı çıxmağa, başqasının fikirlərinə dırnaqarası baxmağa, labüd yeniləşməni süngüylə qarşılamağa haqqı yoxdur. Çünki dilin lüğət tərkibi daim yeniləşməlidir. Buna sözümüz yox! Amma yeniləşmə də qayda-qanuna, dil normalarına söykənməlidir. Yeniləşmə deyəndə, texniki, iqtisadi, siyasi və s. terminlər, ifadələr, söz birləşmələri nəzərdə tutulmalıdır.
 
Yeniləşmə qaydaların tez-tez dəyişdirilməsi demək deyil. Bu qaydaların lüzumsuz yerə dəyişdirilməsi yazıçı-şair, jurnalist, müəllim-tələbə, redaktor heyəti üçün böyük əngələ çevrilməklə bərabər, hərc-mərcliyə səbəb olur. Təsəvvür edin, çoxcildliklərin nəşrində yazıq redaktor nə etməli olduğunu bilmir: əvvəlki cilddə sözlər, söz birləşmələri, fəxri adlar, titullar, vəzifə adları və s. bir cür yazılıb, növbəti cildlərdə başqa cür. Köhnə qaydalara alışmamış, yeni qaydayla işləməli olursan. Bu isə, kitablarda səhvlərin getməsinə gətirib çıxarır. Ona görə də, gəlin belə həssas məsələrdə tələsməyək, ictimai müzakirəni təşkil edək, hətta deyərdim ki, ictimai nəzarət yaradaq.
 
Bir nüansı da yaddan çıxarmayaq ki, lüzumsuz dəyişikllər (qaydaların, coğrafi adların dəyişdirilməsi) dövlətimizin büdcəsindən külli miqdarda vəsait tələb edəcək. İndiki halda bu da nəzərə alınmalıdır. Bu sahəyə rəsmi qurum olan AMEA-nın Dilçilik İnstitutu məşğul olmalıdır, diletantlar, qeyri-peşəkarlar yox! İndi bəzi qurumlar müxtəlif lüğət, dərs vəsaiti, metodik göstəricilər çap edib maliyyə vəziyyətlərini yaxşılaşdırmaqla məşğul olur.
 
Buna sözüm yox, amma alternativ olaraq "Orfoqrafiya lüğəti" çap etmək absurddur! Alternativ də "Orfoqrafiya lüğəti" olar? Qeyd-şərtsiz belə vacib və məsuliyyətli işi Dilçilik İnstititu həyata keçirməli, dövlət və xalq qarşısında da hesabatı bu qurum verməlidir! Amma təkrar edirəm, bütün dəyişikliklər geniş müzakirə edilməli, ortaq məxrəcə gələndən sonra qəbul olunmalıdır".
 
Əlövsət Ağalarov



Загрузка...
Həmçinin oxuyun:
Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Orfoqrafiq dəyişikliklərə dilçi alimdən sərt tənqid: "Mübahisələr doğuracaq"

Orfoqrafiq dəyişikliklərə dilçi alimdən sərt tənqid: "Mübahisələr doğuracaq"

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb

Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

“Türkmənşəli sözlər lüğəti” çap olunub

“Türkmənşəli sözlər lüğəti” çap olunub

Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı - “Çırtı-pırtı”, “çıpaçıp”, “dit-dit”...

Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı - “Çırtı-pırtı”, “çıpaçıp”, “dit-dit”...

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edilib - SİYAHI

Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edilib - SİYAHI

Yeni orfoepiya lüğəti niyə ləngiyir? -AÇIQLAMA

Yeni orfoepiya lüğəti niyə ləngiyir? -AÇIQLAMA