Şokoladdan gələn sağlamlıq - DİQQƏT ETSƏNİZ...
Şokoladı sevənlər üçün sevindirici bir xəbərimiz var.
Qəti şəkildə söz söyləmək hələ tez olsa da, davamlı olaraq şokolad yeyənlərin qəlb ritmində pozulmalara səbəb olan xəstəliklərə yaxalanma riskinin daha aşağı olduğu müşahidə edilib.
Məlumata görə, kakao və kakao tərkibli qidalar iltihab əleyhinə, qan damarını boşaldan və antioksidant xüsusiyyətlərə malik olan "flavanol” ürəyin sağlamlığında mühüm əhəmiyyətə sahibdir.
Danimarkada aparılan araşdırmada 50 və 64 yaşlarında olan 55.502 insanın qidalanması 13,5 il araşdırılıb. Bu müddət ərzində insanların 3.346-da ürəyin ritmində pozulmalar müşahidə edilib.
Həftədə 30 qram şokolad yeyən insanlarda artrial fibrilasyon halı, ayda bir və ya bir neçə dəfə şokolad yeyənlərlə müqayisədə 17 faiz az müşahidə edilib. Həftə ərzində qəbul edilən şokoladın miqdarı artdıqca artrial fibrilasyonun miqdarı da azalıb. Məlumatlara görə, qadınlarda bu risk bir porsiya şokoladla azalma göstərdiyi halda, kişilərdə 2 – 6 porsiya arasında şokolad yeyildiyi zaman azalma müşahidə edilir.
Əldə edilən nəticələrə əsasən, araşdırmaçılar şokoladın sağlam qidalanmanın bir hissəsi olduğunu, lakin gözlənilməz nəticələrin üzə çıxa biləcəyinin də həqiqət olacağını bildirib.
Diqqət edilməsi vacib olan bir məqam var. Qəbul etdiyimiz şokoladın içərisindəki şəkərin miqdarı artdıqca sağlamlığa müsbət təsirini də o qədər itirmiş olur. Ona görə də araşdırmaçılar tünd şokolad yeməyi məsləhət görür.