AzTehsil.com
RU


Xəbərlər
29 aprel 2017
3 850


Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb



Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

 

Son 7 ildə Azərbaycanda orta məktəbi bitirən məzunların sayı 11% azalıb. Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub. Hesabata görə, ali məktəblərə qəbul balına vakant yerlərin sayı ilə birgə təsir edən başqa bir amil məzun və abituriyentlərin sayıdır. 2010-cu ildən 2015-ci ilə qədər ilbəil məzun və abituriyentlərin sayı azalıb, 2010-cu ildə 97.328 nəfər olan məzun sayı 2014-cü ildə 84.878-ə qədər düşüb. 2015-ci ildə məzun sayı 3.486 nəfər artsa da, 2016-cı ildə bu rəqəm yenidən 1.212 nəfər azalıb. Hər il abituriyentlərin əsas hissəsini cari ilin məzunları təşkil etdiyi üçün məzunların sayında artıb-azalma abituriyentlərin sayının artıb-azalması şəklində özünü göstərir. Ümumiyyətlə 2010-cu illə müqayisədə 2016-cı ildə məzun sayında 11%, abituriyent sayında isə 10% azalma müşahidə edilib. 
 
Hər il ali məktəblərə təklif olunan yerlərin sayının artması abituriyentlərin qəbul olma şansını artırır. 2016-cı ildə təklif olunan yer sayı keçən ilə nisbətən 7,5% və ya 2.905 yer artıb. 2010-cu ildə qəbul planı 30.510, 2011-ci ildə 31.419, 2012-ci ildə 34.098, 2013-cü ildə 36.537, 2014-cü ildə 37.841, 2015-ci ildə 38.831 və nəhayət 2016-cı ildə 41.736 olub. İldən-ilə vakant yerlərin çoxalması az bal toplayan abituriyentlərin qəbul olunma şansını çoxaldır.



Загрузка...