"Hababam sınfı"nın Mahmut hocası vəfat etdi
2003-cü ildən bəri xəstə olan aktyor insanların yaddaşında "Hababam sınfı"nın Mahmud hocası kimi qalıb.
Türk filminin əfsanə aktyorlarından sayılan Münir Özkul bu gün 93 yaşında dünyasını dəyişib.
Məlumata görə, məhşur aktyor uzun müddətdir huşsuz vəziyyətdə yaşayırmış. 2003-cü ildən bəri xəstə olan aktyor insanların yaddaşında "Hababam sınfı"nın Mahmut hocası kimi qalıb.
Qeyd edək ki, Münir Özkul 1925-ci ildə avqustun 15-də İstanbulda dünyaya gəlib. Aktyor bu günə qədər 10 serial, 20 teatr tamaşası və 220-yə yaxın filmdə rol alıb.