Osmanlı sultanlarının ölüm səbəbləri- Acı və müəmmalı gerçəklər
Aztəhsil.com moderator.az tarixin ən böyük imperiyalarından olan, Şərqin, müsəlman dünyasının əsrlərlə xilaskarı, sığnağı sayılan Osmanlı imperiyasını idarə edən sultanların ölüm səbəblərindən ibarət yazını diqqətə çatdırır:
1299-cu ildə əsası qoyulan Osmanlının ilk sultanı Osman Qazi, ən sonuncusu isə Sultan Vəhdəttindir:
Osman Qazi- 1326-cı ildə dünyasını dəyişdi. Ölüm səbəbi- ürək çatışmazlığı;
Orxan Qazi- 1362-ci ildə iflic olduqdan sonra vəfat etdi;
I Murad- 1389-cu ildə öldü. Obreneviç adlı xain serb ona qarşı sui-qəsd hazırladı. Zəhərli xəncərlə köksündən vurdu;
İldırım Bəyazid- 1402-ci ildə Ankara döyüşündən sonra Əmir Teymura məğlub oldu. Əsir düşən zaman gizlətdiyi zəhəri içərək, intihar etdi;
II Murad – 1451-ci ildə şiddətli baş ağrıları səbəbindən 3 gün ərzində dünyasını dəyişdi;
Sultan Fateh Məhmət- 1481-ci ildə Misir səfəri zamanı yolda xəstələnərək vəfat etdi;
II Bəyazid- oğlu Yavuz Sultan Səlim tərəfindən zəhərləndi;
Yavuz Sultan Səlim- 1520-ci ildə xərçəngdən öldüyü təxmin edilir;
Qanuni Sultan Süleyman- 1566-cı ildə beyin qanaması nəticəsində dünyasını dəyişdi;
II Səlim- Daxili qanaxma nəticəsində vəfat etdi. Buna səbəb isə hamamda yıxılması oldu;
III Murad- ölüm ili-1595; səbəbi-prostat xərçəngi (ehtimal);
III Məhmət- 1603-cü ildə ürək infarktından sonra öldüyü ehtimal edilir;
Gənc Osman- sui-qəsd nəticəsində boğularaq öldürüldü;
IV Murad- 1644 –cü ildə serroz xəstəliyindən ölməsi təxmin edilir;
Sultan İbrahim- 1648-ci ildə anası Kösəm Sultan tərəfindən boğularaq öldürülüb;
IV Məhməd- 1693-cü ildə ağcihər iltihabından vəfat edib;
II Süleyman- 1695-ci ildə böyrək çatışmazlığından ölüb;
II Mustafa- ölüm ili-1703; səbəbi-prostat xərçəngi;
III Əhməd- ölüm ili -1736; səbəbi-şəkər xəstəliyi;
I Mahmud- ölüm ili -1754; səbəbi-beyin qanaxması (atdan yıxıldıqdan sonra);
I Əbdülhəmid- ölüm ili -1789; səbəbi-ruslara məğlubiyyətdən sonra tutulduğu ruhi xəstəlik;
III Səlim- ölüm ili -1808; səbəbi-boğularaq qətlə yetirilib;
II Mahmud- ölüm ili -1839; səbəbi-vərəm xəstəliyi;
Sultan Əbdülməcid- ölüm ili -1861; səbəbi-vərəm xəstəliyi;
Sultan Əbdüləziz- ölüm ili -1876; səbəbi- damarları kəsilərək qətlə yetirilib;
V Murad- ölüm ili -1904; səbəbi-şəkər xəstəliyi;
Sultan II Əbdülhəmid- ölüm ili -1918; səbəbi-ağciyər iltihabı;
Sultan Məhmət Rəşad- ölüm ili -1918; səbəbi-şəkər xəstəliyi;
Sultan Vəhdəttin- ölüm ili-1926, səbəbi- sürgündə ikən keçirdiyi ürək infarktı.