AMEA-nın şöbə müdiri vəfat edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) şöbə müdiri vəfat edib.
Məlumata görə, akademiyanın Geologiya İnstitutunun "Paleontologiya və stratiqrafiya” şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Əlikram oğlu Babayev dünyasını dəyişib.
Qeyd edək ki, Ş.Babayev 1978-ci ildən Geologiya İnstitutunda işləyib.