Məleykə Abbaszadə qəbul imtahanında edilən dəyişikliklərdən DANIŞDI
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
Aztəhsil.com xəbər verir ki, DİM-in mətbuat xidmətindən "report"a verilən məlumata görə, qəbulda Sumqayıt şəhərinin, Abşeron, Xızı rayonlarının sakinləri, eləcə də bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşadan olan məcburi köçkünlər iştirak edib.
Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, tətbiq olunacaq yeniliklər, həmçinin dövlət qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib.
M.Abbaszadə vətəndaşların müraciətlərinə ətraflı izahat verib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşları da M.Abbaszadə dinləyib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.