Yeni təhsil naziri - Fərəh Əliyeva olacaq
Bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad edildi.
Boş qalan təhsil naziri postuna kimin təyin olunacağı sosial şəbəkədə, mediada ciddi müzakirə mövzusuna çevrilib. Hətta xeyli sayda namizədlərin adı hallanıb: Kamal Abdulla, Hamlet İsaxanlı, Qənirə Paşayeva, Misir Mərdanaov, Nərgiz Paşayeva, Səməd Seyidov və s.
Məlumata görə, yeni təhsil nazir Fərəh Əliyeva olacaq.
Məlumat üçün bildirək ki, Fərəh Əliyeva 2 may 2014-cü ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.