Genuya Universitetinin professoru BAAU-da mühazirə oxuyacaq
İtaliyanın nüfuzlu Genuya Universitetinin professoru, siyasi elmlər doktoru Aleksandro Fiqosun Bakı Avrasiya Universitetində bir həftə mühazirə oxuyacaq.
Aztəhsil.com xəbər verir ki, universitetdən "Qafqazinfo”ya daxil olan məlumata görə, noyabrın 27-dən dekabrın 1-dək professor regionşünaslıq ixtisası üzrə təhsil alan tələbələr qarşısında ingilis dilində mühazirə oxuyacaq.
Mühazirələr Avropa, ABŞ və Kanada regionu tələbələri üçün nəzərdə tutulub.
Qonağı auditoriyaya təqdim edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov bildirib ki, iki ölkə arasındakı münasibətlərdə İtaliya universitetləri önəmli yer tutur.
Professor Aleksandro Fiqosun tədris zamanı Avropa meyarlarını tətbiq etməsi və avropalı siyasilərin və sadə insanın düşüncələrini çatdırması tələbələr tərəfindən yenilik kimi qəbul olunub. Hər bir mühazirənin sonunda professor Aleksandro Fiqos tələbələrin çoxsaylı suallarını cavablandırıb.