Ukraynanın institut direktoru Xankəndində mühazirə oxudu - RƏZALƏT...
Tədbirdə YUNESKO nümayəndəsi də iştirak edib. Azərbaycanın sərhədlərini qeyri-qanuni olaraq keçmiş Ukraynalı akademik Xankəndindəki "Artsax dövlət universitet”ində mühazirə oxuyub.
Aztəhsil.com kiv-ə istinadən xəbər verir ki, Ukrayna Milli Akademiyasının Fiziologiya institutunun direktoru, akademik, biologiya elmləri doktoru Oleq Kriştal "Beynin ion kanalları və tənzimləmə mexanizmlərinin funksional əhəmiyyəti” mövzusunda mühazirə oxuyub.
Tədbirdə "universitet”in rəhbərliyi və müəllim heyəti ilə yanaşı, YUNESKO-nun təbiət elmləri kafedrasının müdiri, professor Senarik Ayrapetyan da iştirak edib.
P.S. İnstitut direktoru rəsmi şəxs hesab olunur. Odur ki, akademik Oleq Kriştalın Azərbaycanın işğal altındakı ərazisinə gəlişinə görə Ukrayna dövləti cavab verməlidir. Eləcə də YUNESKO..