AzTehsil.com

Xəbərlər / H/N sənədlər / Müəllim
25 noyabr 2017
3 385

Statistik hesabatların formalaşdırılması, təqdimi və qəbul olunması qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsilin dəqiq statistikasının aparılması mövcud vəziyyətin operativ təhlil edilməsi və əsaslandırılmış optimal qərarların qəbul edilməsi baxımından çox vacibdir. Belə məlumatlara Təhsil Nazirliyi, yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələri ilə yanaşı, digər dövlət qurumlarının, eləcə də ictimaiyyətin müəyyən təbəqəsinin ehtiyacı vardır.

Hazırda Nazirlikdə ümumi təhsil məktəblərini əhatə edən informasiya sistemi fəaliyyət göstərir və məlumat bazasında son 5 tədris ili üzrə respublikanın bütün ümumi təhsil məktəblərinin maddi-texniki bazası, hər bir şagirdi, müəllimi haqqında məlumat toplanmış və bu məlumatlar mütəmadi olaraq yenilənir. Ancaq rəsmi statistikanın mövcud qaydalara uyğun aparılması məlumat bazası ilə rəsmi statistika arasında bir sıra göstəricilər üzrə fərqlərin yaranmasına, yekun hesabatların vaxtında hazırlanmamasına səbəb olur.

Yuxarıda göstərilənlər və digər səbəblər rəsmi statistikanın qəbulu və onlardan istifadə edilməsi ilə bağlı qaydaların dəyişdirilməsini, mövcud proqram təminatının təkmilləşdirilməsini və genişləndirilməsini, ali təhsil, orta-ixtisas təhsili, peşə təhsili və digər istiqamətlər üzrə də məlumat bazalarının yaradılmasını zəruri edir.

Müasir dövrdə statistik məlumatların təhsil sisteminin səmərəli idarəolunması və inkişafyönümlü optimal qərarların qəbul olunmasında xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq, bu sahədə dəqiq statistikanın aparılması və təkmil hesabatvermə modelinin yaradılmasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1."Ümumi təhsil müəssisələri üzrə rəsmi statistik hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi qaydaları" (bundan sonra - Qaydalar) təsdiq olunsun (əlavə edilir).

2.Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatlar (ÜM-1 və digər hesabatlar) 2013- 2014-cü tədris ilindən başlayaraq, Təhsilin idarəolunmasının məlumat sisteminin "Ümumi təhsil müəssisələri" (TİMS-Ümumi təhsil) proqram təminatı əsasında formalaşdırılsın və Qaydalara uyğun surətdə Nazirliyin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinə təqdim edilsin.

3.Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov) Təhsil Nazirliyi ilə onun bilavasitə tabeliyindəki təhsil müəssisələri, yerli təhsil şöbələri (idarələri), habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə şəhərin məktəbləri arasında kompüter şəbəkəsində məlumatların "onlayn" rejimində ötürülməsini təmin etsin.

4.Nəzərə alınsın ki, Qaydaların tətbiqinə əsasən, mövcud rəsmi statistik hesabat formalarının blanklarının sifarişi bundan sonra dayandırılır və xüsusi hallar üçün həmin blankların elektron versiyaları Nazirliyin rəsmi saytının statistika bölməsində yerləşdirilir.

5.Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:

5.1.Statistik hesabatların elektron formada işlənməsinə cavabdeh olan şəxslərin adlı siyahısını 1 (bir) həftə müddətinə Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinə təqdim etsinlər.

5.2.Statistik hesabatların Qaydalara uyğun doldurulması və vaxtında təqdim olunmasını təmin etsinlər.

5.3.Nəzərə alsınlar ki, zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim olunmamasına, eləcə də rəsmi statistik hesabatların təhrif edilməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

6.Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi (İ.Sadıqov), İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) ictimaiyyət üçün açıq olan statistik məlumatların Nazirliyin rəsmi saytında yerləşdirilməsini təmin etsinlər.

7.Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi (İ.Sadıqov) Nazirliyin aidiyyəti şöbələri ilə birlikdə təhsilin digər pillələri üzrə məlumat bazalarının yaradılması üçün müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

8.İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

9.Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

Mikayıl CABBAROV, Azərbaycan Respublikasının Təhsil Naziri 2 sentyabr 2013-cü il №791

Загрузка...
Həmçinin oxuyun:
Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

" Elektron Təhsil " müsabiqəsi keçiriləcək- Nazirdən ƏMR

" Elektron Təhsil " müsabiqəsi keçiriləcək- Nazirdən ƏMR

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Məktəbəhazırlıq qrupları üçün 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planı

Məktəbəhazırlıq qrupları üçün 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planı

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...

Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR  Təhsil Nazirinin 455 №-li əmri

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR Təhsil Nazirinin 455 №-li əmri

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin  tədris planının təsdiqi haqqında 467№-li ƏMR +TƏDRİS PLANI

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin tədris planının təsdiqi haqqında 467№-li ƏMR +TƏDRİS PLANI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin   TƏDRİS PLANLARI

Təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin TƏDRİS PLANLARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

MƏKTƏBƏHAZIRLIQ qruplarının TƏDRİS PLANI təsdiq edildi

MƏKTƏBƏHAZIRLIQ qruplarının TƏDRİS PLANI təsdiq edildi