Unutqanlıqla mübarizə aparmağın 8 QIZIL QAYDASI
İnsanlar bəzən olduqca unutqan olurlar. Hətta belə bir ifadə də yaranıb ki, "dünən yediyi bu gün yadında deyil". Bəzən çox qısa zamanda baş verən hadisənin xırda təfərrüatı, oxuduğunuz kitabda hansısa obrazın adı və ya hadisə, ən sevdiyiniz filmin adı, iş yoldaşlarınızın adı və s. unudursuz.
Əgər sizdə də belə unutqanlıqlar olursa, bu yazını diqqətlə oxuyun.
Unutqanlıqla mübarizə aparmağın 8 maraqlı üsulunu təqdim edirik:
1870-ci ildə əslən almaniyalı olan psixoloq German Ebbinqxaus insan yaddaşı ilə bağlı maraqlı araşdırma aparıb. O, insanlar üzərində apardığı (yaddaşın öyrənilməsi istiqamətində keçirəcəyi sınaqlar) müşahidələr müqabilində onlara pul ödəyirdi.
Faktiki olaraq o, yaddaşın miqdar ölçüsünü müəyyən etmək üçün elmi cəhətdən də təsdiqini tapmış eksperimental metodlar hazırladı. Psixoloq mənasız sözlərin siyahısını tutdu. O, bu mənasız sözlərin köməyilə azad təlim keçirib.
G.Ebbinqxaus iddia edir ki, yeni informasiyaların qəbul edilməsi insan beyninə həkk olunmuş əvvəlki informasiyalardan asılıdır. Buna görə, o, demək olar ki, heç bir məna yükü olmayan sözlərlə sınaq keçirirdi. İlk dəfə G.Ebbinqxaus "unutma əyrisini" yaratdı. Bu psixologiyada insanların sürətlə informasiya itirməsi kimi səciyyələndirdi.
Bir gün ərzində oxuduğu heç bir mənası olmayan söz toplusundan 2/3-si onun yadında qaldı. Psixoloq əminliklə deyirdi ki, əgər öyrənilən informasiya 48 gün ərzində insanın yadından çıxmırsa o əbədiyən yaddaşda həkk olunur.
İnterval effekti
Alman psixoloqun daha bir nəzəriyyəsi isə "interval effekti"dir. Belə ki, o, düşünürdü ki, insanlar informasiyanı sağlam yadda saxlamaq üçün az-az və təkrarlayaraq oxumalıdırlar. Eyni zamanda informasiyanı daha yaxşı yadda saxlamaq üçün onu müəyyən müddət ərzində müxtəlıif prizmalardan araşdıraraq yadda saxlamaq məsləhət görülür.
Məsələn, əgər siz nitq söyləməyə hazırlaşırsınızsa, onu əzbərləməlisiz. Lakin əgər siz həmin çıxışın mətnini 1 həftə əvvəldən deyilən ardıcıllıqla əzbərləmisizsə siz onu unutmayacaqsız. Yox əgər, çıxışınıza 1 gün qalmış nitqinizi həyəcanlı bir şəkildə təkrarlayaraq əzbərləməyə çalışırsızsa siz o mətni mütləq şəkildə unudacaqsınız.
Yaddaş texnikasının ən yaxşı izahatı - təkrardır.
İnformasiyanın qısamüddətli yadda saxlanması yaddaş məşqləri:
Oxunan informasiyanın ardından daha bir təkrar.
20 dəqiqə interval və yenidən ikinci təkrar
6 saat sonra üçüncü təkrar
İkinci təkrarın müddətindən hesablayaraq 8 saat sonra dördüncü təkrar
Üçüncü təkrardan hesablayaraq 1 gün intervaldan sonra beşinci təkrar.
İnformasiyanın uzunmüddətli yadda saxlanması üçün yaddaş məşqləri:
İnformasiya qəbulunun ardınca dərhal birinci təkrar
30 dəqiqə intervaldan sonra ikinci təkrar
İkinci təkrardan hesablayaraq 1 gün interval və üçüncü təkrar
Üçüncü təkrardan hesablayaraq 2-3 həftə intervaldan sonra dördüncü təkrar
Dördüncü təkrardan hesablanayraq 2-3 aydan sonra beşinci təkrar.