Azərbaycan Universiteti ilə Rusiyanın elmi istinad bazası arasında müqavilə imzalanıb
Azərbaycan Universiteti ilə Rusiya Federasiyasının elmi istinad bazası olan (RİNS) РИНЦ arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən universitetin "İpək Yolu” elmi jurnalı RİNS-in https://elibrary.ru baza saytında yerləşdirilib. Bu baza Rusiyanın əsas elmi istinad mənbəyi hesab edilir və "Thomson Reuters” Agentliyinin "Clarivate Analytics” təşkilatı ilə ilə əməkdşlıq edir.
Yaxın perspektivdə "İpək Yolu” jurnalının 2017-ci ildən başlayaraq bütün nömrələrinin bu bazada yerləşdiriləcək və indekslənəcək.
Qeyd edək ki, 1997-ci ildən nəşr olunan "İpək Yolu” jurnalı beynəlxalq bazalardan Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), COSMOS Impact Factor (Germany), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) tərəfindən artıq indekslənmək üçün qəbul edilib.
Jurnal həmçinin AAK-ın Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.