Şərlənmiş məktəb direktorundan xəbər var
Ötən gün Xaçmazın Arzu qəsəbəsində məktəb direktorunun şagirdə qarşı deyilənlərə görə etdiyi əxlaqsız hərəkətə görə bu gün həmin məktəb direktorunun yaşadığı kəndə yollandıq.
Aztəhsil.com "KanalEF"-ə istinadən xəbər verir ki, araşdırma zamanı bəzi məqamlar ortaya çıxıb. Çəkiliş zamanı müəyyən olunub ki, bu problem 4 ildir ki, vəzifə üstündə aparılır. Suxtəkələ müəllimləri ilə Arzu qəsəbə müəllimləri arasında bu problem yaşanıb. Bundan qabaq direktorun işdən çıxması barəsində dəfələrlə əsassız şikayətlər olunub. Ancaq oktyabr ayının 30-da isə direktoru işdən çıxarmaq üçün bu üsula əl atılıb. Məktəbin şagirdi direktordan diş ağrısı adı ilə icazə almaq üçün gəlibmiş, bu ərəfədə direktorun otağına məktəbin lobarantı Gözəl Kərimova daxil olur. O, müsahibəsində bildirdi ki, 6-ci sinif şagirdi direktorun otağında icazə alırdı. Direktor şagirddən təxmini 4-5 metr kənarda televizoru söndürürdü. Orda artıq heçnə görmədim.
Məktəbin xadiməsi Aynur Balakişiyeva isə Həcıəlibəy kəndində yaşadığı üçün ora yollandıq. Xadimə də müsahibəsində bildirdi ki: ,,Gülfəz Alxasov çox yaxşı məktəb direktoru olub".
Yerli sakinlər isə bildirirlər ki, bu böhtandır. Məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov 3-4 kəndin məktəb direktoru olub. Onun ailəsi də müəllim kollektividir. Sadəcə olaraq katibənin uşağın valideynlərinə həqiqətə uyğun olmayan hiddətləndirici sözlərin deməsi həqiqətə uyğun deyil. Gülfəz Alxasov Alıc, Ağyazı-Buduq, Hacıəlibəy və Arzu qəsəbəsində məktəb direktoru olub. Ümumilikdə, 46 il pedoqoji stajı var. Direktorun bacısı Gülsurə Əliyeva isə bildirir ki, məktəbdə ikili prinsip gedir. Suxtəkələ kəndinin müəllimlərinin Arzu kəndində işləməsini istəmirlər. Direktorun bacısı onu əlavə etdi ki, aidiyyatı qurumlar bu məsələni dəqiq araşdırsın.