Tbilisidə azərbaycanlı şagirdin təhqir olunduğu məktəbin direktoru işdən çıxarılıb
Gürcüstanın paytaxtı Tbilisi şəhərində şagirdlərin təhqir olunduğu bildirilən 67 saylı məktəbin direktoru Mariam Tavartkiladze işdən azad olunub.
Aztəhsil.com apa.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyinin qərarında bildirilir.
Qərarda qeyd olunub ki, nazirliyin Audit idarəsinin məktəbdə apardığı araşdırma zamanı təhsil ocağının idarə olunmasında bir sıra pozuntular aşkarlanıb:
"Məktəb rəhbərliyi şagirdlərlə uyğun olmayan ünsiyyətə yol verib. Bununla yanaşı məktəbin əmlakı inventarizasiyanın nəticələri ilə üst-üstə düşməyib və əmlakın idarə olunması prosesində pozuntular müəyyən olunub”.
Qeyd edək ki, 67 saylı məktəbdə azərbaycanlı qız şagirdinin kimya müəllimi Dodo Kezua tərəfindən təhqir olunduğu bildirilib. D. Kezua artıq işdən çıxarılıb. Gürcüstan DİN məktəbdə şagirdlərə qarşı mümkün zorakılıq faktı ilə bağlı istintaq aparır.