AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / Yazarlar / İnnovasiyalar / İKT / Ziyalılar / Direktor / Digər Elan / Bölgə
27 noyabr 2025
829

Kafedra müdiri açıqlama VERİB



Dilin saflığı, mediada Azərbaycan dilindən düzgün istifadə, yeni sözlərin dövriyyəyə daxil olması və sosial şəbəkə dilinin formalaşması bu günün ən aktual, mən deyərdim ki, birinci dərəcəli məsələlərindəndir. Bu, yalnız linqvistik məsələ deyil; milli kimlik, mədəni yaddaş və cəmiyyətin intellektual inkişafı ilə birbaşa bağlı olan geniş sosial problemdir. Ona görə də məsələnin həlli üçün birtərəfli fəaliyyət kifayət etmir – normativ baza gücləndirilməli, institusional nəzarət artırılmalı və bütün tərəflər birgə hərəkət etməlidir.


AzTehsil.com xəbər verir ki, bunu azərtac-a açıqlaması zamanı BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova deyib.


O vurğulayıb ki, aidiyyəti qurumlar termin yaradıcılığını daha çevik və operativ aparmalı, yeni sözləri vaxtında dilimizə uyğunlaşdırmalıdır.


“Əks halda yaranan boşluqlardan istifadə edənlərin nəzarətsiz şəkildə dilə daxil etdikləri sözlər Azərbaycan dilinin təbii inkişafına zərər verəcək. Dilin inkişafı qaçılmazdır, prosesi qapalı saxlamaq olmaz, lakin sağlam yönləndirmə vacibdir. Yeni sözlər, mənaların genişlənməsi, üslubi dəyişikliklər dilin inkişaf qanunauyğunluğudur. Məqsədimiz yad sözləri mexaniki qadağan etmək yox, onları dilin fonetik və leksik sisteminə uyğunlaşdırmaqdır”, - deyə A.Nəsirova əlavə edib.


Medianın dil mədəniyyətinin formalaşmasına birbaşa təsir etdiyini diqqətə çatdıran kafedra müdiri deyib: “Aparıcıların nitqi, veriliş və xəbər mətnlərinin dili auditoriyanı formalaşdırır. Nə eşidiriksə, onu da danışırıq. Oxu mədəniyyətinin zəifləməsi isə medianın təsir dairəsini daha da genişləndirib. Auditoriyalarda “sonuncu dəfə hansı bədii əsəri oxumusunuz?” sualına səssizliyin hakim olması və ən yaxşı halda kriminal xarakterli xarici ədəbiyyatın adının çəkilməsi vəziyyətin narahatedici göstəricisidir.


Elektron mediada dil və nitq mədəniyyəti üzrə mütəmadi treninqlər keçirilməli, dil qaydaları daim diqqətdə saxlanmalıdır. Dil mədəniyyəti ayrıca normativ öhdəlik kimi təsbit edilməli, pozuntular üçün məsuliyyət mexanizmi hazırlanmalıdır. Dəqiqlik və keyfiyyət operativliyə qurban verilməməlidir. Jurnalistlər üçün dil resurslarının əlçatanlığı təmin edilməlidir. Onlayn terminoloji bazalar, operativ lüğətlər və dil qaydaları tətbiqləri yaradılmalı, istifadə üçün əlverişli olmalıdır. Bu resurslar həm redaksiyalar üzrə ayrıca, həm də vahid şəkildə hazırlanaraq tətbiq oluna bilər”.



Həmçinin oxuyun:
Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Sevmədiyin iş sevmədiyin adamla ömür etmək kimi bir şeydir"....Könülsüz "peşəkarlar"

"Sevmədiyin iş sevmədiyin adamla ömür etmək kimi bir şeydir"....Könülsüz "peşəkarlar"

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Yaddaş pozğunluğu zamanı nə etməli?

Yaddaş pozğunluğu zamanı nə etməli?

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir