Qubada "Bir İsti Addım" aksiyası həyata keçirilmişdir
AzTehsil.com xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin və "Biganə Qalma" sosial təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə rayonun Tüləkəran İnzibati Ərazi Dairəsi üzrə kəndlərində "Bir İsti Addım" aksiyası həyata keçirilmişdir. Aksiya aztəminatlı ailələrdən olan 1-4-cü sinif şagirlərini, ümumilikdə 200 uşağı əhatə etmişdir. Tədbir zamanı uşaqlara qış mövsümü üçün ayaqqabılar və müxtəlif hədiyyələr təqdim edilmiş, həmçinin əyləncəli proqram və oyunlar təşkil olunmuşdur.
![]()











