AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / Yazarlar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
31 oktyabr 2025
1 219

“Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzularında müzakirələr APARILIB



Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində məktəbəqədər və ümumi təhsil sahəsinə dair təkliflərin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.

 

AzTehsil.com xəbər verir ki, bu baradə  nazirlikdən məlumat verilib.

 

Bildirlib ki, tədbirdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, ali təhsil müəssisələrinin və tədqiqat mərkəzlərinin nümayəndələri, təhsil üzrə mütəxəssislər, ictimai təşkilatların, nazirlik yanında İctimai Şuranın üzvləri, pedaqoji mətbuatın və media qurumlarının təmsilçiləri iştirak ediblər.

 

İctimai dinləmənin məqsədi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görülmüş işlərin nəticələrini müzakirə etmək və növbəti dövr üçün prioritet istiqamətləri müəyyənləşdirmək olub.

 

Tədbir çərçivəsində əvvəlcə məktəbəqədər və ümumi təhsil üzrə həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və qarşıda duran hədəflər barədə təqdimat nümayiş etdirilib. Ardınca “Erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin və keyfiyyətinin artırılması” və “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzularında müzakirələr aparılıb.

 

Müzakirələr zamanı məktəbəqədər təhsildə əhatəlilik, əlçatanlıq və inklüzivliyin artırılması, tədrisin məzmununun və pedaqoji potensialın gücləndirilməsi, eləcə də təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi məsələləri diqqət mərkəzində olub.

 

Ümumi təhsil istiqamətində aparılan müzakirələrdə tədrisin məzmununun müasir tələblərə uyğun yenilənməsi, müəllimlərin peşəkar inkişafının davamlı və sistemli şəkildə dəstəklənməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bununla yanaşı, tədris prosesində fərdiləşdirilmiş və inklüziv yanaşmaların tətbiqi, hər bir şagirdin potensialına və öyrənmə ehtiyaclarına uyğun təhsil mühitinin formalaşdırılması kimi prioritet istiqamətlər də vurğulanıb.

 

Tədbirdə həmçinin təhsil sistemində səmərəli idarəetmə və maliyyələşmə mexanizmlərinin tətbiqi, eləcə də rəqəmsal resurslara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib

Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"