AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / İnnovasiyalar / İKT / Digər Elan / Cəmiyyət / Doktorantura / Bölgə
31 oktyabr 2025
1 108

Doktorantura imtahanlarında dəyişiklik edilib?



Son illər Azərbaycanda doktorantura pilləsində bir sıra çağırışlar müşahidə olunur. Doktorantların həm təhsil, həm də elmi müdafiə mərhələsində üzləşdiyi çətinliklər, bu prosesin daha çevik və faydalı mexanizmlərlə yenidən düşünülməsini, eləcə də islahatların zəruriliyi məsələsini də gündəmə gətirir. 


AzTehsil.com xəbər verir ki, açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, hazırda Azərbaycanda doktorantlar iki paralel sistemin tələblərini yerinə yetirməli olurlar. Onun sözlərinə görə, onlar bir tərəfdən təhsil aldıqları universitetdə müdafiə və qiymətləndirmə prosedurlarını keçir, digər tərəfdən isə Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə uyğun ayrıca mərhələlərdən keçirlər. Bu isə həm vaxt baxımından çoxuzun və resurs baxımından yüklü, həm də motivasiyanı zəiflədən bir prosesə çevrilir.


“Üstəlik, doktorantura təhsili rəsmi olaraq 3 və ya 4 il göstərilsə də, reallıqda bu proses çox vaxt 6–8 il, bəzən isə daha artıq çəkir. Bu qədər uzunmüddətli və paralel prosedurlar, xüsusən də eyni zamanda dərs deyən və ailə məsuliyyəti daşıyan tədqiqatçılar üçün həm maddi, həm də psixoloji cəhətdən böyük yük yaradır”.


Müsahibimiz bildirib ki, əslində, dünyada bu mexanizm daha sadələşdirilmiş və çevik şəkildə qurulmaqla yanaşı, elmi rəhbərlik, tədqiqat keyfiyyəti və beynəlxalq nəşrlərlə ölçülən vahid sistemlər üstünlük təşkil edir:


“Məsələn, Böyük Britaniya, Finlandiya, Estoniya və Kanada kimi ölkələrdə doktorantura imtahanları təkcə nəzəri bilikləri deyil, tədqiqatın elmi məntiqini, metodologiyasını və praktik dəyərini qiymətləndirir. Orada “research proposal defense” və ya “doctoral colloquium” kimi mərhələlər mövcuddur ki, doktorant tədqiqatını müdafiə etməzdən əvvəl onun elmi məntiqini auditoriyada əsaslandırır”.


O, həmçinin vurğulayıb ki, Azərbaycanda da bu modelə yaxınlaşmaq üçün bir sıra islahatlar mümkündür:


“İmtahan məzmunu test və faktoloji yoxlama formatından çıxarılmalı, analitik və tədqiqat yönümlü olmalıdır. Habelə, doktorantların metodologiya, akademik yazı və tədqiqat etikası üzrə ayrıca qiymətləndirilməsi də vacibdir. Elmi rəhbərlik və mentorluq mexanizmləri isə elə gücləndirilməlidir ki, tədqiqat prosesi formal yox, sistemli xarakter daşısın”.


Müsahibimiz onu da əlavə edib ki, dünyada bir çox universitetlər “doctoral research school” və ya “supervision consortium” modelləri tətbiq edir. Onun fikrincə, bu, tədqiqatçıların tənhalığını azaldır, bununla yanaşı, birgə öyrənmə və elmi paylaşım mühiti formalaşdırır:


“Əgər bizdə də bu dəyişikliklər həyata keçirilərsə - yəni AAK və universitet mərhələləri inteqrasiya olunar, imtahanlar tədqiqat yönümlü və praktik dəyər daşıyan formata çevrilərsə, həm motivasiya artar, həm də doktorantura təhsili daha effektiv və keyfiyyətli hala gələr.


Sonda onu da vurğulamaq istərdim ki, doktorantura sadəcə elmi dərəcə deyil, yaradıcı və düşünən insan formalaşdırmaq mərhələsidir. Bu mərhələdə prosedurların azaldılması deyil, məqsədlərin aydınlaşdırılması daha önəmlidir”,- deyə G.Əkbərova bildirib.



Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Doktoranturada oxuyanları niyə işə götürmürlər? - AÇIQLAMA

Doktoranturada oxuyanları niyə işə götürmürlər? - AÇIQLAMA

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycanda müəllimlərin doktorantura təhsilinə marağı niyə azalıb?

Azərbaycanda müəllimlərin doktorantura təhsilinə marağı niyə azalıb?

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə