AzTehsil.com

Cəmiyyət / Karyera / Doktorantura / Xəbərlər
16 mart 2025
781

Doktoranturada oxuyanları niyə işə götürmürlər? - AÇIQLAMA



 “Azərbaycanda doktorantura təhsili elmi və elmi-pedaqoji kadrların hazırlanması üçün əsas mərhələlərdən biridir və bu mərhələdə olan şəxslərin əmək bazarına inteqrasiyası ilə bağlı bəzi məhdudiyyətlər mövcuddur”.

AzTehsil.com xəbər verir ki, bu fikirləri Metbuat.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, doktorantura təhsili adətən iki formada həyata keçirilir: əyani (tam ştatlı) və qiyabi (istehsalatdan ayrılmamaqla). Bu status doktorantların işə qəbul olunması məsələsinə də təsir edir:

“Əyani doktorantura təhsil alanlar dövlət tərəfindən maliyyələşdirilən proqramlar çərçivəsində təhsil aldıqları üçün onların tam ştatlı işə qəbul olunması müəyyən çətinliklərlə qarşılaşa bilər. Çünki dövlət bu şəxsləri elmi fəaliyyətlə məşğul olmaları üçün dəstəkləyir və onların əsas vaxtlarını elmi-tədqiqat işlərinə həsr etmələri gözlənilir. Bununla belə, mövcud qanunvericilik doktorantların işləməsinə qadağa qoymur. Əyani təhsil alan doktorantlar adətən universitetlərdə və ya elmi-tədqiqat institutlarında pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Lakin bəzi qurumlar doktorantların tam ştatlı işə qəbul edilməsində çətinlik yarada və onların statusunu əsas gətirərək işə götürməkdən imtina edə bilər”.K.Əsədovun sözlərinə görə, qiyabi doktorantlar üçün isə belə bir məhdudiyyət yoxdur:


“Onlar istehsalatdan ayrılmadan təhsil aldıqları üçün tam ştatlı işdə çalışa bilərlər. Qiyabi doktorantura proqramları əsasən işləyən şəxslər üçün nəzərdə tutulduğundan onların əmək fəaliyyətini davam etdirməsi normal hal kimi qəbul edilir. Buna görə də qiyabi doktorantlar həm dövlət, həm də özəl sektorda işləyə bilərlər. Dünya təcrübəsində doktorantların əmək bazarına inteqrasiyası fərqli modellərlə tənzimlənir. Bir çox Avropa və Amerika universitetlərində doktorantlar eyni zamanda universitetlərdə müəllim köməkçisi, tədqiqatçı və ya laborant kimi fəaliyyət göstərirlər. Bu, onların akademik mühitdə təcrübə qazanmalarına və maddi dəstək əldə etmələrinə imkan yaradır. Bəzi ölkələrdə isə doktorantlar tam ştatlı işlərdə çalışa bilərlər, lakin bu halda onların tədqiqat işlərini effektiv şəkildə davam etdirmələri üçün müəyyən balans qurulmalıdır”.


Təhsil eksperti doktorantların işə qəbulu məsələsində hüquqi məhdudiyyətlərdən çox, təşkilati və idarəetmə faktorlarının önəmli rol oynadığını vurğulayıb:


“Əyani doktorantların tam ştatlı işləməsi bəzi universitetlərdə və elmi qurumlarda əlavə icazələr və prosedurlarla tənzimlənə bilər. Bu da bəzi hallarda işəgötürənlərin onları işə qəbul etməkdən çəkinməsinə səbəb ola bilər. Lakin hüquqi baxımdan doktorantların işə qəbul olunmasına maneə yoxdur və onların elmi fəaliyyətləri ilə yanaşı, əmək bazarında da iştirak etmələri mümkündür.Nəticə etibarilə, doktorantların işə qəbul olunması ilə bağlı qanuni məhdudiyyət olmasa da, əyani təhsil alanların tam ştatlı işlə təmin olunması bəzi praktiki çətinliklərə səbəb ola bilər. Qiyabi təhsil alanlar üçün isə bu cür məhdudiyyətlər yoxdur və onlar tam iş rejimində fəaliyyət göstərə bilərlər. Azərbaycanın elmi və akademik kadr bazasının gücləndirilməsi üçün doktorantların iş imkanlarının artırılması və onların elmi fəaliyyətlə əmək bazarı arasında balans yaratmasına şərait yaradılması vacibdir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi doktorantların həm elmi, həm də iqtisadi baxımdan daha səmərəli fəaliyyət göstərməsinə kömək edə bilər”.



Həmçinin oxuyun:
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi