AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Bölgə / Şagird
15 oktyabr 2025
881

Üç uşaq anası 31 yaşında attestat alıb

Çoxuna adi kağız parçası kimi görünən bu sənəd onun, bəlkə də, ən dəyərli qazancıdır. Üç uşaq anası olandan sonra aldığı doqquzuncu sinif attestatı illərdir çəkdiyi zəhmətin, əməyin bəhrəsi, ümidlərin, arzuların nəticəsidir.

AzTehsil.com xəbər verir ki, söhbət Şabran rayonunun Qazbabalı kənd sakini 31 yaşlı Surayə Heydərovanın kiçik görünən, özü üçün isə böyük uğurundan gedir. 

Onunla hələ illər öncə, jurnalist Coşqun Eldaroğlunun Şabranın ucqar dağ kəndində məktəbdən kənarda qalan uşaqlar üçün keçdiyi dərsləri lentə alan zaman tanış olmuşduq. Əslində uşaqlardan seçilməyən, arıq, çəlimsiz bu qızın 3 uşaq anası olduğunu, övladları ilə bərabər özünün də hazırlıqlara qoşulduğunu öyrənəndə təəccüblənmişdik. Nə kameraya düşmək, nə də danışmaq istəmişdi. Coşqun müəllimin sevimli şagirdlərindən olan Surayənin uşaqlıqdan ağır günlər keçirdiyini, körpə yaşlarında anasını itirdiyini, cəmi bir neçə gün məktəb üzü gördüyünü bilirdik. Əzmi, iradəsi və bacarığı sayəsində o, qarşısına qoyduğu hədəflərə addım-addım irəliləyir. Eksternat imtahanı verərək aldığı 9-cu sinif şəhadətnaməsi isə gələcək uğurlarının başlanğıcıdır. 

Surayə hekayəsini belə nəql edir: “Mən demək olar ki, məktəbdə olmamışam, cəmi bir neçə gün getmişəm. Coşqun müəllimin kəndə gəlib uşaqlara dərs keçdiyini öyrənəndə əvvəlcə uşaqlarımı onun yanına aparmaq qərarına gəldim. Sonra özümdə maraq yarandı. Coşqun müəllim təklif etdi ki, mən də dərslərə qoşulum. Çox sevindim və o gündən - təxminən 4 il bundan öncə mən də dərslərə hazırlığa qoşuldum”. 

O, deyir ki, uğurunda həyat yoldaşının böyük rolu var: “Üç övladım var - iki qız, bir oğlan. Böyük qızım Fidan 12 yaşında, oğlum Dünyamalı 11 yaşında, kiçik qızım Sadəgül isə 9 yaşındadır. Onlarla birgə oxumaq çətin deyil. Əksinə, öz övladınla sinif yoldaşı olmaq çox maraqlıdır.

Bəlkə də, əvvəllər cəmiyyətin təpkisi var idi, amma həyat yoldaşım məni dəstəklədi, hər zaman yanımda oldu. Attestat alana qədər çətinliyim o oldu ki, həm işləyir, həm uşaqlarla maraqlanır, həm də imtahana hazırlaşırdım. Yenə həyat yoldaşımın və müəllimimin dəstəyi ilə bu mərhələni keçdim. Onlar məni heç ruhdan düşməyə qoymadılar. İnşallah, 11-ci sinfin də attestatını alacağam”.

S. Heydərova bu gün artıq işləyir, avtomobil idarə edir, öz ayaqları üzərində durmağa çalışır. Hədəfləri isə hələ böyükdür: “Bizim kəndimizdə məktəb 4 illikdir. Qızım 4-cü sinfi bitirdi və belə qərara gəldik ki, rayon mərkəzinə köçək. Çünki uşaqlarımızın təhsilsiz qalmasını istəmirik. Mən rayonda işləməyə başladım, insanları, cəmiyyəti daha yaxşı tanıdım. Oxumağın insan həyatını necə dəyişdirdiyini anladım. Dərk edirəm ki, gələcəkdə həyatını daha rahat yaşaması üçün hər kəs oxumalıdır. Hazırda da həyat yoldaşım mənə çox dəstək olur. O, imkanımız daxilində bir avtomobil aldı və mənə də onu idarə etməyi öyrətdi. İndi özüm maşın sürürəm və rahat işimə gedib-gəlirəm. Hədəfim ali təhsil almaq və xarici dil öyrənməkdir...”

Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Çalışmanın  yaş  həddinə çatmış  dəyərli  müəllimlərə -HEKAYƏ

Çalışmanın yaş həddinə çatmış dəyərli müəllimlərə -HEKAYƏ

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Bakılı uşaqların hər il ən azı bir dəfə baş çəkdiyi məşhur luna park'ın indiki vəziyyəti

Bakılı uşaqların hər il ən azı bir dəfə baş çəkdiyi məşhur luna park'ın indiki vəziyyəti

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Zaqatalanın ucqar dağ kəndində müəllim elə bir formada dərs keçdi ki...

Zaqatalanın ucqar dağ kəndində müəllim elə bir formada dərs keçdi ki...

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri