AzTehsil.com


Xəbərlər / Müəllim
30 noyabr 2017
2 987


32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ



32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

"Anamın ürəyində problem vardı, mən doqquzuncu sinifdə oxuyanda insult keçirdi. Komaya düşdü, 2 il xəstəxanada yatdı, ayılmırdı. Ona qulluq etmək üçün məktəbi yarımçıq qoymalı oldum. Məndən zəif uşaqların ali məktəbə qəbul olunduğunu eşidəndə sıxılırdım. Nəyisə itirməmək üçün nəyisə qurban vermək lazımdır. Mən də təhsilimi ailəmə qurban verdim. Amma bilirdim ki, anam ayağa qalxsa, mən irəli gedəcəyəm, anam mənim üçün o şansı yaradacaq. Yaratdı da. Anam sağalan kimi mən axşam məktəbinə başladım və 9 illik şəhadətnaməmi aldım. 18 yaşımda məni razılığım olmadan qaçırtdılar və bəzi səbəblərə görə geri qayıda bilmədim. Bu dəfə də ailə qurduğuma görə təhsilimi yarıda qoydum. Oxumağıma icazə verilmədi. Bəzi hadisələrdən sonra həyat yoldaşımdan ayrıldım və yenidən təhsilimə davam edirəm”.

 

Aztəhsil.com xəbər verir ki, bunu lent.az-a 193 saylı orta məktəbin şagirdi Səmayə Rüstəmzadə deyir.

 

Səmayənin 32 yaşı var. Bu yaşda məktəb şagirdidir. 12 "Ç” sinfində qiyabi oxuyur. Müəyyən səbəblərdən təhsili 2 dəfə yarımçıq qalsa da, bu, onu oxumaq həvəsindən salmayıb. 3 yaşında oğlu var. Təhsil almağı, savadlı olmağı sırf oğluna görə istəyir.

 

- Uşaq vaxtı ən böyük arzum müəllim olmaq idi. Ana olandan sonra fikrimi dəyişdim. İndi həkimi olmaq istəyirəm. Uşaq həkimi. Anam universitetdə müəllim işləyir. Onun 30-35 yaşında tələbələri olub, indi də var. Həmişə deyir, təhsil almaq heç vaxt gec deyil. Övladım üçün işləməli, irəli getməliyəm. Ona nümunə olmalıyam. Oğluma görə güclü olmalıyam. Güclü olmaq üçün də mütləq təhsilli olmalıyam. Özümü gələcəyin tanınmış pediatrı kimi görürəm. Oğlum böyüyəndə mənimlə fəxr edəcək ki, anası təhsillidir, güclüdür. İstənilən səviyyəli, mədəni işdə mütləq təhsil lazım olur. Yaxşı gələcək, yaxşı ailə üçün, yaxşı kişi, ya qadın olmaq üçün danışıq qabiliyyəti olmalıdır. Onun hamısı da kitablarda var.

 

Kitablardan xeyli vaxt uzaqlaşdığından bir az çətinliyi olduğunu etiraf edir.

 

- Hər parta arxasına keçəndə uşaqlığıma qayıdıram. Oxumaq istəyib də oxuya bilmədiyim, əldə etmək istəyib də əldə edə bilmədiyim bir şeyi yenidən əldə etməyin xoşbəxtliyini yaşayıram. Bəzi dərsləri qavramaqda çətinlik çəkirəm. Azərbaycan Tibb Universitetinə hazırlaşıram. Məktəbdən əlavə məşğələlərə də gedirəm. Məktəbdəki müəllimlərim sağ olsun, anlayış göstərirlər. Təhsil almağımız üçün əllərindən gələni edirlər. Riyaziyyatdan nəsə öyrənməyimiz üçün Elbrus müəllim çox çalışır. Ən sevimli müəllimim Sara müəllimdir. Dil-ədəbiyyat dərsi deyir. Əslində müəllimlərimin hamısını sevirəm.

 

Səmayəgilin dərsləri həftədə 3 dəfə axşam 7-nin yarısında başlayır.

 

- Gündəlik 4-5 dərsimiz olur. Axşam 11-ə qalmışa qədər dərslərimiz davam edir. Tarix, Azərbaycan dili və ədəbiyyatı çox sevirəm. Riyaziyyat bir az çətin gəlir. Ümumiyyətlə, humanitar fənləri çox sevirəm.

 

- Amma həkim olmaq üçün dəqiq fənlər lazımdır.

 

- Hə. Fizika, kimya, riyaziyyat, biologiyanı mütləq öyrənməliyəm. Məktəb vaxtı da nəticələrim yaxşı olub. Zəif şagird olmamışam, qiymətlərim "5” və "4” olub. "3” aldığımı xatırlamıram. Buna görə də qavramağım daha asandır, öyrənmək həvəsim də çoxdur.

 

- Artıq uşaq deyilsiniz. Müəllimlərlə münasibətiniz necədir?

 

- Müəllimlərimizlə dost kimiyik. Nadinclik etməyimiz üçün tənəffüsümüz var. Danışırıq-gülürük, müəllim sinfə girən kimi sakitləşirik. Müəllimin ağzından çıxan hər informasiyaya ehtiyacımız var. Balaca deyilik ki, günü küləyə sovuraq?! Əvvəl olsa, bəhanə edərdik ki, işığımız sönmüşdü, indi o bəhanələr yoxdur. Gündüz işlədiyim üçün dərslərimi gecələr, uşaq yatandan sonra oxuyuram.

 

- Dərsdən qaçırsınız?

 

- (Gülür). Qışda. Amma əvvəlki kimi deyil, Elnarə müəllimdən (məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini L.M.) icazə alıb qaçırıq.

 

- Sinif yoldaşlarınızla aranız necədir?

 

- Çox gözəl. Uşaq vaxtı hansısa bir qızla yola getməyə bilərdik. Amma indi görürük xasiyyətimiz tutmur, sərhədi qoruyuruq, "salam-sağ ol”u saxlayırıq.

 

Səmayə düşünür ki, qadın mütləq işləməlidir.

 

- Qadın işləyəndə ağıllanır, həyata, hətta həyat yoldaşına baxışı, istəkləri dəyişir. Bəzi kişiləri qadının tabe olmağını istəyirlər. Qadın işlədikcə isə tabe olmaq istəmir. Artıq haqq və hüquqlarını öyrənir, özünü qorumağı bacarır. 32 yaşım var, oxuyuram. Lap 50 yaşımadək oxuyacağam. Daim yüksələcəyəm. Heç nə qarşımı kəsə bilməz. Nə qədər yaşamaq həvəsim var, oxumaq həvəsim də olacaq.

 

***

 

193 saylı orta məktəbin nəzdində fəaliyyət göstərən qiyabi qrupda Səmayə kimi oxumaq həvəsində olan daha 200 şagird təhsil alır. Onların ən kiçiyinin 17, ən böyüyünün 34 yaşı var.

 

Bu haqda 193 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımova məlumat verir. Deyir, məktəbdə qiyabi qrup üzrə 6 11-ci sinif, 6 12-ci sinif var.

 

- Keçən il 9-cu, bu ildən də 10-cu sinfin fəaliyyətini dayandırdılar. Buna baxmayaraq, bizə müraciət edənlər olduqca çoxdur. Bizə deyirlər, onlar eksternat qaydada imtahan versinlər. Onların yaşı çoxdur, məktəbdən xeyli vaxtdır uzaqlaşıblar, 15 fəndən imtahan verib attestat almaqları çətindir. Bu il qiyabi qrupdan 95 şagird məzun olub. Onlardan 84-ü attestat alıb, 11 nəfər müəyyən səbəblərdən imtahanda iştirak etməyib. 4-5 şagirdimiz ali məktəbə qəbul olub. Məzunlarımızdan biri bu il fərqlənmə attestatı ilə bitirib. Qarayev Fərid. Hazırda, Aviasiya Akademiyasının Hüquq fakültəsində oxuyur. 653 balla qəbul olub. Prezident təqaüdü alır.

 

Müxtəlif illərdə qiyabi qrupun Fərid kimi başqa şagirdləri də olub. Onlar təhsillərini xaricdə davam etdirirlər.

 

Direktor müavini deyir, indi hətta fəhlə işləmək üçün belə attestat tələb olunur.

 

- Bizə daha çox kişilər müraciət edirlər. Çörəkpulu qazanmaq üçün onlara attestat lazımdır. Fəhlədən belə attestat tələb olunur. Şagirdimiz var, deyir, xarici şirkətlərdə fəhlənin attestatı olmayanda az maaş verirlər.

 

- Şagirdlərinizin davamiyyəti necədir?

 

- Bizdə belədir, şagird ayda 1-2 dəfə dərsə gəlibsə, dərsə gələn şagird sayılır. Əsasnaməyə görə, 3 tədris həftəsi dərsə gəlməyən şagird məktəbdən qovalanır. Hamilə şagirdlərimiz belə olub. 

 

15 ildən çox iş təcrübəsi olan Elnarə müəllim bu illər ərzində şahidi olmuş ən maraqlı hadisəni danışır:

 

- İki şagirdim vardı – Səbinə ilə Elnur. Heç yola getmirdilər, elə hey dalaşırdılar. Hər dəfə aralarında söz-söhbət olurdu, ikisini də çağırırdım danlayırdım. Çox vaxt küsülü olurdular. Bu yaxınlarda Səbinə zəng eləmişdi ki, müəllimə, bəs biz evlənmişik.

 

Kimya müəllimi Rəna Hüseynova 17 ildir qiyabi qrupa dərs keçir. Danışır ki, şagirdlərinin oxumağı zəif olsa da,  gündəlik həyatla bağlı mövzulara daha maraqla qulaq asırlar.

 

- Karbohidratdan danışanda həzm prosesini izah edirəm, yaxud geydiyimiz paltarların tərkibindən danışanda sakitcə qulaq asırlar. Elmi şeylər haqqında danışanda çətin olur.

 

Siniflərin birində əfqan xanımla tanış oluruq. Ailəsiylə birgə Bakıda yaşayır. Zəhranın (ad şərtidir) ailəsi əslən Əfqanıstanın Bamyan şəhərindəndir. Atası ilə anası evləndikdən sonra Əfqanıstandakı ağır həyat şərtlərinə dözməyərək, doğma el-obasını atıb İrana köçüblər. Zəhra heç vaxt Əfqanıstanda olmayıb, İranda doğulub. Bir neçə il Məşhəddə yaşadıqdan sonra bəzi problemlər ortaya çıxıb. Atası ailəsini də götürüb, bu dəfə Azərbaycana üz tutub. 10 ilə yaxındır, Bakıda yaşayırlar. BMT-nin himayəsindədirlər.

 

- 7-ci və 8-ci sinifləri Bakıda 286 saylı orta məktəbdə oxumuşam. Sonra məktəbdən çıxdım. Çünki heç nə başa düşmürdüm. O zaman Azərbaycan dilində yaxşı bilmirdim. Əvəzində İngilis dilini çox yaxşı öyrəndim. Təhsilimi davam etdirmək üçün attestat almalı idim. Yenə 286 saylı məktəbə getdim, dedilər, yaşın çoxdur, axşam məktəbinə getməlisən. Mən də gəldim bura. Hazırda son sinifdəyəm. Gələn il attestat alacağam. Memar olmaq istəyirəm. Lakin təhsilimə hansı ölkədə davam etdirəcəyimə hələ qərar verməmişəm. Ya Bakıda qalıb oxuyacağam, ya da bu ixtisas üzrə hər hansı bir ölkəni seçəcəyəm.

 

Azərbaycanı çox sevsə də, ən böyük arzusu heç vaxt görmədiyi vətəninə getməkdir. Elə-belə yox, güclü, təhsilli ki, ordakı uşaq və qadınları maarifləndirərək kömək etsin.

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ




Загрузка...
Həmçinin oxuyun:
İki qardaş iki həftədir dərsə gedə bilmirlər

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

ƏSL PEDAQOQ VƏ TƏLƏBKAR DİREKTOR- Lənkəran təhsili dedikdə...

ƏSL PEDAQOQ VƏ TƏLƏBKAR DİREKTOR- Lənkəran təhsili dedikdə...

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

İki–üç diplomlu müəllimənin qızı nazirə müarciət etdi: “Mikayıl əmi, mənim anamı işə götürün”

İki–üç diplomlu müəllimənin qızı nazirə müarciət etdi: “Mikayıl əmi, mənim anamı işə götürün”

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?