30 nömrəli məktəbdə QALMAQAL
Bir yeniyetmənin 5 nəfər tərəfindən döyüldüyünə dair videogörüntü yayılıb. İddia edilib ki, hadisə Bakı şəhəri 30 nömrəli tam orta məktəbinin həyətində baş verib.
AzTehsil.com xəbər verir ki, Məktəbdən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, yeni tədris ili başlayandan 30 nömrəli məktəbin həyətində heç bir insident baş verməyib.