2-ci “R.M. 90” Proqramlaşdırma Müsabiqəsinə qeydiyyat başladı!
2-ci “R.M. 90” Proqramlaşdırma Müsabiqəsinə qeydiyyat başladı!
AzTehsil.com xəbər verir ki, bu dəfə 8, 9, 10 və 11-ci sinif şagirdləri fərdi şəkildə öz biliklərini sınaya biləcəklər.
Azərbaycan proqramlaşdırma müsabiqələrinin banisi, “Şöhrət” ordenli alim Ramin Mahmudzadənin 90 illiyinə həsr olunan bu yarış gənc proqramçıların tanıdılması və gələcək istedadlara yol açmaq məqsədi daşıyır.
Tarix: 18 oktyabr
Saat: 11:00–15:00 Məkan:
Azərbaycan Texniki Universiteti
“R.M. 90” müsabiqəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Texniki Universiteti, Sumgait Innovation HUB və ICPC Azerbaijan icmasının birgə əməkdaşlığı ilə keçirilir.
Qaliblər:
1-ci yer – 3 nəfər
2-ci yer – 3 nəfər
3-cü yer – 3 nəfər
🔗Qeydiyyat üçün link: https://forms.office.com/r/RkbqeqxQcP