Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.
Beynəlxalq olimpiada olimpiada və müsabiqə qaliblərinin imtahansız qəbulu məsələsini gündəmə gətirib.
Bəs, hansı beynəlxalq müsabiqə və yarışların qalibləri ali məktəblərə imtahansız qəbul edilə bilərlər?
Bu barədə Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarında qeyd edilib. Qərara əsasən aşağıdakı beynəlxalq müsabiqə və yarışların qalibləri ali məktəblərə imtahansız qəbul edilə bilərlər:
-Olimpiya oyunları;
-Olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri;
-Olimpiya idman növləri üzrə Avropa çempionatı və birincilikləri;
-Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyriolimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri;
-Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyriolimpiya idman növləri üzrə Avropa çempionatı və birincilikləri;
-Yeniyetmələrin yay olimpiya oyunları;
-Avropa oyunları;
-İslam Həmrəyliyi oyunları;
-"Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi (Bakı, Azərbaycan);
-Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan);
-M.Maqomayev adına volkalçıların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);
-Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi (Bakı, Azərbaycan);
-"Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika);
-Gənc pianoçuların "Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);
-Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan);
-Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Xorvatiya);
-Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);
-Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);
-Caz musiqi festivalı (Montre, İsveçrə) ;
-"Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (NurSultan, Qazaxıstan) ;
-Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);
-"Eurovision” estrada mahnı müsabiqəsi;
-Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);
-Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan);
-Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa);
-Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa);
-Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya);
-Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya);
-Skripkaçıların "Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya);
-Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya);
-Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika);
-Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ);
-"Şərq təranələri” beynəlxalq musiqi festivalı (Səmərqənd, Özbəkistan).
Qeyd edək ki, Beynəlxalq və ya respublika fənn olimpiadası qalibinin XI sinfi bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var. Beynəlxalq müsabiqə və ya yarış qalibləri üçün isə bu müddət 5 ildir.
azedu.az