Xəbərlər
06 aprel 2017
1534

Balakəndə şeir müsabiqəsi keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakəndə şeir müsabiqəsi keçirilib

 Aprelin 4-də Qullar kənd 2 nömrəli tam orta məktəbdə şeir müsabiqəsi keçirilib. Aprel döyüşlərinin ildönümünə həsr olunmuş müsabiqə IX sinif şagirdləri arasında təşkil edilib.


Tədbir Aprel döyüşləri şəhidlərinin yad edilməsi, böyüməkdə olan nəslə, doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun,  Azərbaycan tarixinin təbliği və məktəblilərin dünyagörüşünün genişləndirilməsi məqsədi ilə təşkil olunub.

Müsabiqə himnimizin səsləndirilməsi ilə başlayıb, Aprel döyüşlərində həlak olmuş şəhidlərimizin xatirəsi yad edilib. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söyləyib və dil-ədəbiyyat müəllimlərindən təşkil olunan münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.

Müsabiqədə I yerə Aysun Telliyeva, II yerə Günay Qarayeva, III yerə isə Nigar Əliqayeva layiq görülüb.

 

Balakəndə şeir müsabiqəsi keçirilib

 

Balakəndə şeir müsabiqəsi keçirilib

 

Balakəndə şeir müsabiqəsi keçirilib

 

Balakəndə şeir müsabiqəsi keçirilib






Whatsapp'ta Paylaş



Загрузка...
loading...