Xəbərlər
17 dekabr 2019
1 863


V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi

V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi

 

Dekabrın 17-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev fənn müsabiqələrinin keçirilməsinin məqsədi barədə danışıb. Emin Əmrullayev deyib ki, əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasıdır.

Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi, onların akademik potensiallarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb. Aparat rəhbəri şagirdlərimizin əldə etdikləri uğurlardan danışıb və bildirib ki, beynəlxalq yarışma qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu məktəbliləri olimpiadalarda iştiraka daha da stimullaşdırır.  Muxtar Məmmədov Təhsil Nazirliyinin həyata keçirdiyi xüsusi siniflər layihəsinə diqqət çəkərək hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinfin fəaliyyət göstərdiyini qeyd edib.

Çıxışının sonunda Aparat rəhbəri Muxtar Məmmədov qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.

Tədbirdə Respublika fənn müsabiqələri ilə bağlı videoçarx nümayiş olunub.

Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib. Tədbirdə həmçinin nailiyyətləri ilə seçilən 25 ümumi təhsil müəssisəsinin rəhbərliyi də təltif olunub.

Qeyd edək ki, V Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib. Müsabiqələrin rayon (şəhər) mərhələsində 22 mindən çox, final mərhələsində isə 5 minə yaxın şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 151 nəfər qalib elan olunub. Onlardan 25 nəfər qızıl, 50 nəfər gümüş, 76 nəfər isə bürünc medal qazanıb. 261 nəfər şagirdə isə yüksək nəticə göstərdiklərinə görə həvəsləndirici sertifikat təqdim olunub.edu.gov.az

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

V Respublika fənn müsabiqələri keçiriləcək

V Respublika fənn müsabiqələri keçiriləcək

V Respublika fənn müsabiqələrinin nəticələri məlum olub

V Respublika fənn müsabiqələrinin nəticələri məlum olub

Fənn müsabiqələrinin final mərhələsi

Fənn müsabiqələrinin final mərhələsi

Sabah IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək

Sabah IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək

Olimpiada qaliblərinin müsabiqədənkənar tələbə olmaq şansı

Olimpiada qaliblərinin müsabiqədənkənar tələbə olmaq şansı

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

21 Bakı məktəblisi olimpiada qalibidir

21 Bakı məktəblisi olimpiada qalibidir

Ağstafa və Tovuzda məktəb açılışları

Ağstafa və Tovuzda məktəb açılışları

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib – FOTO

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib – FOTO

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri məlumdur

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri məlumdur

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçiriləcək

Fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb

Fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu il fənn olimpiadalarında 38 medal qazanılıb

Bu il fənn olimpiadalarında 38 medal qazanılıb

Respublika fənn olimpiadalarına start verilir

Respublika fənn olimpiadalarına start verilir

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları