Nazir: 3- universitetin Azərbaycanda fəaliyyətə başlaması
"Azərbaycan-Türkiyə təhsil əlaqələri bu gün nümunəvi səviyyədədir”.
AzTehsil.com xəbər verir ki, bu fikirləri bu gün Bakı Türk Anadolu liseyinin yeni binasının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.
O vurğulayıb ki, 1990-cı illərdən bu yana gənclərimizin Türkiyədə təhsil alması ölkəmizin inkişafına töhfə verib. Nazir çıxışında ötən il açılışı baş tutan Türkiyə-Azərbaycan Universitetinə diqqət çəkib:
“Bu, Azərbaycan və Türkiyə dövlət başçılarının Azərbaycan gənclərinə böyük bir hədiyyəsidir. Türkiyənin aparıcı üç universitetinin Azərbaycanda fəaliyyətə başlaması və onların diplomlarının verilməsi Azərbaycan gəncləri üçün olduqca böyük bir imkandır".