Ümumtəhsil məktəblərdə- TƏLİMAT
AzTehsil.com - Ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində, hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata) qədər tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Hərbi rəhbərlərə haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə taarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə (hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə bilər. Bundan əlavə zəruri ehtiyac yaranarsa hərbi rəhbərə əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər əlavə dərs verilə bilər.Hərbi rəhbərlər başqa tədris müəssisəsində saathesabı qaydasında həftədə 6 saata (ildə 240 saata) qədər dərs apara bilərlər (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar”ının 3-cü bəndi).
Bütün bunlar MİQ-lə qəbul olanlar üçün nəzərdə tutulmuşdur.