AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə / Qəhramanlarımız
20 sentyabr 2025
1 141

Şəhid övladları işə imtahansız qəbul olunsun! - TƏKLİF



“Bugün suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəmanlarımızı dərin ehtiramla yad edirik. Anım günündə uzun müddətdir bizi narahat edən və şəhid ailələri üçün önəmli olan bir problemin həlli barəsində yazmaq istəyirəm”.

AzTehsil.com  xəbər verir ki, bunu “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova sosial şəbəkə hesabında yazıb:


“Qardaş ölkə Türkiyədə dünən şəhid ailələri üçün əlamətdar bir gün idi. Ailə və Sosial Xidmətlər Nazirliyi 630 nəfər şəhid ailə üzvlərinin dövlət qulluğuna təhsilinə uyğun olaraq növbəti, müsabiqədənkənar işlə təmini prosesinin nəticələrini açıqlayıb.


Dövlət başçısı və nazirin iştirakı ilə keçirilən tədbirdə şəhid övladları, xanımları, yaxınları dövlət qulluğunda imtahansız işlə təmin hüququndan yararlandılar”.


S.Orucova qeyd edib ki, bu günə qədər Türkiyədə 52000 şəhid ailə üzvü bu hüquqdan yararlanıb:

“Bizim dövlətimizdə də şəhid ailələrinə sosial dəstək proqramları davamlı formada reallaşdırılır”.

Şəhid xanımı qeyd edib ki, bir təhsilli şəhid övladına ən böyük dəstək onun ali təhsilini bitirdikdən sonra özünü, ailəsini və gələcəyini təmin edəcək səviyyədə işlə təmin olunmasıdır:


“Təəssüf ki, dəfələrlə yüksək aidiyyəti qurumlara müraciətimizə baxmayaraq qanunvericilikdə belə bir üstünlüyün olmadığını əsas gətirərək rədd cavabı veriblər.


Məgər “Dövlət qulluğu haqqında” Qanuna belə bir bəndin daxil edilməsi çoxmu zəhmət verir? Bu övladlar 23 yaşına çatan kimi atalarının təqaüdündən məhrum olurlar. Atasız, gənc bir övladın bizim cəmiyyətimizdə gələcəyini qurması üçün hansı dəstəyi göstəririk? Niyə biz tək-tək CV-ləri aidiyyəti qurumlara göndərib dəfələrlə xahiş etməliyik ki? Bu hüquq qanunvericilikdə norma halını alsa, o övladların da gələcəyi təmin olunar. Bu ölkədə ən böyük haqq sahibi şəhid övladlarıdır. Onlara dayanıqlı, etibarlı, layiqli gələcək bəxş edək.


Ümid edirəm ki, aidiyyəti qurumlar Türkiyənin bu dayanıqlı təcrübəsindən yararlanaraq bizə dəstək göstərəcəklər. Artıq övladlarımız ali təhsil alır, təhsillərini başa vurub normal iş axtarırlar.



Həmçinin oxuyun:
Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məzun olan şəhid övladları - SİYAHI

Məzun olan şəhid övladları - SİYAHI

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Qaradağ rayonunda 302 saylı məktəbdə ŞƏHİD Əhməd Zeynallının anım günü qeyd olundu.

Qaradağ rayonunda 302 saylı məktəbdə ŞƏHİD Əhməd Zeynallının anım günü qeyd olundu.

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib