AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Cəmiyyət / Bölgə
11 sentyabr 2025
1 436

Yalnız bu şəxslər MİQ-də ödənişsiz iştirak edə biləcək



MİQ üzrə təklif olunan dəyişiklik ilk dəfə işə qəbul imtahanına qatılan bütün vətəndaşlar üçün iştirakın tamamilə ödənişsiz qalmasını təmin edir. Bu, dövlətin sosial yönümlü siyasətinə tam cavab verir və vətəndaşların ilk cəhddə bərabərlik hüququnu məhdudlaşdırmır. Ödəniş yalnız təkrar müraciətlərdə tətbiq olunur. Yəni, söhbət ümumi hüququn məhdudlaşdırılmasından deyil, resurslardan daha məsuliyyətli istifadənin təşviqindən gedir.


AzTehsil.com məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında deputat Elçin Mirzəbəyli deyib. 


“Digər tərəfdən, təklif olunan dəyişiklik ictimai və iqtisadi zərurətdən irəli gəlir. Hər il minlərlə insan imtahanlarda iştirak edir və dövlət büdcəsindən ciddi vəsait sərf olunur. Təkrar müraciətlərin çoxluğu isə əlavə maliyyə yükü yaradır. Büdcənin qənaətlə idarə olunması dövlətin əsas vəzifələrindən biri olduğu üçün prosesə bütün iştirakçı tərəflərin məsuliyyətlə yanaşması zəruridir. 


Qeyd etmək lazımdır ki, layihədə sosial ədalət prinsipi tamamilə qoruyur. Çünki əlilliyi olan şəxslər, şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrin üzvləri və ilk dəfə müraciət edənlər bu ödənişdən tam azaddırlar. Bu istisnalar həm Konstitusiyanın bərabərlik prinsipinə, həm də dövlətin sosial siyasətinə uyğun olaraq ən həssas təbəqələri müdafiə edir”,- deyə o qeyd edib. 


E. Mirzəbəyli onu da qeyd edib ki, təklif olunan dəyişiklik məsuliyyətli yanaşmanı təşviq edir. Təkrar imtahanların ödənişli olması namizədləri daha ciddi hazırlaşmağa, ilk cəhddə uğur qazanmağa sövq edəcək ki, bu həm müəllimlərin peşəkarlıq səviyyəsinə, həm də təhsil sisteminin keyfiyyətinə müsbət təsir göstərəcək.


“Ödənişli iştirak sistemi beynəlxalq praktikada geniş yayılıb. Əsas prinsip isə iki başlıca şərtə əsaslanır:

Birincisi, ədalətlilik - yəni ödənişdən aztəminatlı və həssas sosial qruplar azad edilir. Bizim layihədə də məhz bu mexanizm nəzərdə tutulur: təkrar imtahanlar zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələr ödənişdən azaddır.


İkincisi, məsuliyyətlilik – ödəniş mexanizmi namizədləri daha ciddi hazırlaşmağa və imtahana məsuliyyətlə yanaşmağa sövq edir.


Hesab edirəm ki, bu dəyişiklik dövlət büdcəsinin səmərəli istifadəsinə və müsabiqə iştirakçılarının məsuliyyətli davranışına xidmət etdiyi üçün dəstəklənməlidir”,-  deyə deputat sonda vurğulayıb.



Həmçinin oxuyun:
Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında  Azərbaycan Respublikasının Qanunu

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Metodbirləşmələr

Metodbirləşmələr

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"