Bu müəllimlər bugün müsahibədən KEÇƏCƏKLƏR
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin apellyasiya şikayətləri qəbul olunmuş namizədləri bu gün onlayn müsahibə verəcəklər.
AzTehsil.com xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.
Apellyasiya müsahibələri 8 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.
Qeyd edək ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndərilib.
İnsan Resursları Mərkəzi apellyasiya şikayətləri qəbul olunmuş namizədlərin sayını qçıalqmayıb.