Bugün apellyasiya müsahibələrinin nəticələri AÇIQLANACAQ
-Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. AzTehsil.com xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resurları Mərkəzindən məlumat verib. Apellyasiya müsahibələri 8 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.Qeyd edilib ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndəriləcək.