BANM məzunu Edinburq Universitetində təlimçi olub
Bakı Ali Neft Məktəbinin (BANM) 2024-cü il məzunu, hazırda Böyük Britaniyanın Edinburq Universitetində tam təqaüdlü doktorantura təhsili alan Fərhad Ağayev bu universitetdə Rəqəmsal bacarıqlar üzrə təlimçi kimi çalışmağa başlayıb.
AzTehsil.com xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.
Bildirilib ki, o, Alan Turing Tədqiqat Mərkəzinin təqaüdçüsüdür və "Koqnitiv funksiyaların kəmiyyət modelləşdirilməsi" mövzusu üzrə elmi araşdırmalar aparır.
2019-cu ildə 649.6 bal toplayaraq Neft-qaz mühəndisliyi ixtisasına qəbul olub.
2024-cü ildə Dövlət Proqramının qalibi kimi Edinburq Universitetində Süni intellekt ixtisası üzrə magistratura təhsili alıb və 2025-ci ildə uğurla başa vurub.